Modern Construction Group

Keyfiyyətə nəzarət üzrə müfəttiş/QC İnspektor (tikinti sahəsi)

Modern Construction Group
Ə/h razılaşma ilə
775
Tam iş günü
Bakı, Azərbaycan
06.10.2025 02:14 - 06.11.2025 12:00

İş haqqında məlumat

  • Tikinti keyfiyyətinin dövlət tikinti norma və qaydalarına riayət etməklə yüksəltmək;
  • Materialların keyfiyyətini ( uyğunluq sertifikatların,texniki göstəricilərini və laboratoriya sınaq nəticələrin mövcudluğu) və onların saxlanma üsullarını yoxlanılmasına riayət edilməsi;
  • Sənədlər dövriyyəsi : BOQ uyğun olaraq MAR ( material approval request ) tərtibatı və sifarişçi şirkətə təsdiq üçün göndərilməsi. MS ( Method of Statement), NFİ ( Notification for İnspection), RFİ ( Request for İnformation ), Damage Report, Qüsur Aktları, NCR ( Non Conformance Report ),CAR (Corrective Action Request),ITP (Inspection test plan) və digər sənədlərin tərtibatı;
  • Hər iş prosedurunu, mərhələli şəkildə, standartlara uyğun olaraq yoxlanılması, təhvil-təslim işlərində iştirak edilməsi;
  • Keyfiyyətə nəzarət və Keyfiyyətin İdarəedilməsi planının, prosedurlarının hazırlanması və prosesinə nəzarət edilməsi;
  • İşin keyfiyyətinə təsir edən məsələləri həll etmək və ya işin keyfiyyətinə mənfi təsir edə biləcək zəruri hallarda işi dayandırmaq;
  • Sahəyə daxil olan materialların keyfiyyətinə həmçinin texniki göstəricilərinə (TDS) nəzarət etmək;
  • Layihəyə əsasən işin icrasına nəzarət etmək;
  • Dəmir/beton və təmir işlərinə  nəzarət etmək;
  • Layihədə hər hansısa yalnışlıq olduqda,aşkarlayıb departament rəhbərli ilə müzakirə edilməsi;
  • Keyfiyyət haqqında məlumatların təhlili və rəhbərliyə hesabatların hazırlanması;
  • Uyğunsuz işlərin tapılması.Uyğunsuzluqların izlənilməsi;
  • Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri

  • İş yeri Ələt/Sumqayıt;
  • Servis var;
  • İş qrafiki həftənin 6 günü; şənbə günü qısa;
  • Əmək Haqqı görüşmə nəticəsində müəyyən ediləcək.

Göstərilən tələblərə uyğun namizədlər öz şəkilli CV-zi mailin mövzu hissəsinə mütləq “Keyfiyyətə nəzarət üzrə müffətiş” qeyd etməklə (əks halda belə müraciətlərə baxınmayacaq) Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. 

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Tələblər

  • Yaş: 28-45;
  • BƏY namizədlərə üstünlük verilir;
  • Təhsil: Ali/İnşaat mühəndisliyi;
  • Keyfiyyətə nəzarət üzrə metodologiyalar və standartlar haqqında dərin biliklər;
  • Beton , Qrunt , Asfalt sahəsi üzrə biliklərin olması;
  • İSO 9001:2015 tələbləri üzrə bilikləri, Keyfiyyət standartları üzrə biliklərə sahib olmalı, Keyfiyyət siyasəti və prosedurların yazılması , qeydlərin aparılması;
  • Layihə üzrə işlərin təhvil təslimi.Layihə oxuma bacarığı;
  • İş təcrübəsi: ən azı 3 il;
  • Dil bilikləri: Rus və ingilis dili bilmək üstünlükdür;
  • Kompüter bilikləri: MS Office, Autocad;
  • İşə məsuliyyətli yanaşmaq;
  • Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf.


Oxşar vakansiyalar