Bakı,
Azərbaycan
17.10.2025 09:56
-
17.11.2025 12:00
İş haqqında məlumat
- Keyfiyyət ilə bağlı yazılı və əyani təlimatları tətbiq edir və prosesi təqib edir;
- Elektrik quraşdırma və tikinti işlərinin keyfiyyət proqramına uyğun aparılmasına və texnoloji proseslərin ardıcıllığının pozulmamasına nəzarət edir;
- İşin (xidmətin) keyfiyyətinin pisləşməsi səbəblərinin analizi və tədqiq edilməsi işinin təşkili, onların aradan qaldırılması üzrə tədbirləri görür;
- Müayinə zamanı kritik qəraraları standart çərçivəsində dəyərləndirir;
- Elektrik quraşdırma və tikinti işlərinin həyata keçirilməsi prosesində yaranmış nöqsanların bərpa edilmə kriteriyalarını bilməli və edilən bərpaedici tədbirlərin standartlara uyğunluğunu daimi nəzarətdə saxlayır;
- Keyfiyyətsiz xidmətlərin göstərilməsinin qarşısını alır;
- Gizli və üstüörtülü işlərin qəbulunu həyata keçirir, nəticələr müsbət olduğu halda müvafiq “gizli və üstüörtülü işlərin qəbulu akt”larını imzalayır;
- Sahələrdə aşkarlanmış uyğunsuzluqların reystrini tərtib edir, uyğunsuzluqların izlənilməsini təmin edir;
- Yeni işə başlamış tikinti - quraşdırma sahələrini lazımı normativ – texniki sənədlərlə təmin edir;
- Risk qiymətləndirməsi aparır, cari riskləri idarə etmək və gələcək riskləri proqnozlaşdırır;
- İşlərin qəbulu zamanı layihə tələbləri və real ölçülər arasında aşkarlanmış uyğunsuzluqlar haqqında məlumatları bilavasitə rəhbərliyə bildirir;
- Görülən işlərin sertifikatlaşdırılması və standartlaşdırılması proseslərini təşkil və nəzarət edir;
- Tikinti –quraşdırma sahəsində işlər bitərkən, sahə rəisindən yekunlaşmış işlərə aid sənədləri aktlaşdırılaraq müvafiq şöbəyə qəbul edilməsini və arxivə təhvil verilməsini təmin edir.
İş barədə:
- İş rejimi:tam iş rejimi, 6 gün;
- Iş saatı:,08:00-18:00, şənbə günü qısaldılmış iş günü;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək Haqqı müsahibə zamanı təyin olacaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinde "Keyfiyyətə nəzarət üzrə mühəndis" qeyd edərək CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblər
- Yaş: 25-40;
- Təhsil: Ali;
- Dil: İngilis dili - əla;
- İş təcrübəsi: müvafiq sahədə min.3 il;
- BƏY namizədlərə üstünlük verilir.