Sea Breeze Resort & Residences

Keyfiyyətə Nəzarət üzrə Mühəndis

Sea Breeze Resort & Residences
Ə/h razılaşma ilə
3359
Tam iş günü
Bakı, Azərbaycan
19/02/2026 - 05/03/2026

İş haqqında məlumat

  • Yerinə yetirilmiş işlərin keyfiyyətinə mövcud norma və standartlara uyğun şəkildə nəzarət edilməsi;
  • Geoloji, beton və digər müvafiq laboratoriyalarla əlaqələrin qurulması və işlərin koordinasiyası;
  • İş proseslərinin və daxili təlimatların normativ sənədlərin tələblərinə uyğun icrasına nəzarət;
  • Layihə üzrə keyfiyyət risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi;
  • Uyğunsuzluqların (NCR) müəyyən edilməsi, qeydiyyatı və düzəldici/preventiv tədbirlərin icrasına nəzarət;
  • Layihə üzrə istifadə olunan materialların keyfiyyət göstəricilərinin yoxlanılması, sertifikat və uyğunluq sənədlərinin təhlili və təsdiqi;
  • Materialların layihə sənədlərinə, texniki şərtlərə və normativ tələblərə uyğunluğunun təmin edilməsi;
  • Gizli işlərin aktlaşdırılması prosesində iştirak və müvafiq sənədlərin təsdiqi;
  • Beton tökmə, armatur quraşdırılması, qəlib işləri, hidroizolyasiya və digər konstruktiv işlərə mərhələli nəzarət;
  • Topoqrafik ölçmələrin və icra sxemlərinin yoxlanılması;
  • Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə nəzarət.

Təminatlar:

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunur;
  • İş qrafiki: 5/2, 09:00–18:00;
  • İş yerinə Koroğlu metrostansiyası-ndan nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Endirimli tibbi xidmət.

Tələblər

  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Müvafiq ixtisas üzrə ali təhsil;
  • Kompüter bilikləri: MS Office (Excel, Outlook, Word), AutoCAD;
  • Dil bilikləri: Rus dili və İngilis dili;
  • Tikinti norma və standartlarını (SNİP, GOST, ISO və s.) yaxşı bilməli;
  • Keyfiyyətə nəzarət prosedurlarını və sənədləşməni bilməli;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Yüksək məsuliyyət və prinsipiallıq;
  • İşgüzar ünsiyyət və komandada işləmə bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.

 


Oxşar vakansiyalar