Bakı,
Azərbaycan
10/08/2026
-
24/08/2026
İş haqqında məlumat
- Layihələrdə istifadə olunan bütün materialların keyfiyyətini yoxlamaq və onların layihə tələblərinə, texniki spesifikasiyalara və standartlara uyğunluğunu təmin etmək, sahədə istifadə olunan materialların giriş keyfiyyət nəzarətini həyata keçirmək;
- Tikinti sahələrində yerinə yetirilən işlərin və xidmətlərin qüvvədə olan standartlara, layihə sənədlərinə və sifarişçi tələblərinə uyğun icrasına nəzarət etmək;
- Sahədə istifadəsi planlaşdırılan materialların təsdiq edilmiş material və texniki göstəricilərə uyğunluğunu yoxlamaq, istehsalat və icra üsullarının yoxlanılması və təsdiqlənməsində iştirak etmək;
- Tikinti-quraşdırma işlərinin keyfiyyətinə gündəlik və dövri nəzarəti həyata keçirmək, İşlərin tamamlanmasından sonra son yoxlama və qəbul proseslərində iştirak etmək;
- İstehsalat prosesində yaranan qüsurları və uyğunsuzluqları aşkar etmək, uyğunsuzluq hesabatları (NCR) hazırlamaq, açılmış uyğunsuzluqlar üzrə düzəldici və qabaqlayıcı tədbirlərə nəzarət etmək və rəy bildirmək, düzəliş fəaliyyətlərinin icrasına nəzarət etmək və nəticələrini qiymətləndirmək;
- Tikinti sahələrində keyfiyyət üzrə qeydlər aparmaq, hesabatlar hazırlamaq və aidiyyəti şəxslərə təqdim etmək;
- 3-cü tərəf yoxlama və sınaq proseslərində iştirak etmək;
- Layihə üzrə Keyfiyyət Planı və İşin İcra Metodologiyasının (Method Statement) hazırlanmasına və tətbiqinə nəzarət etmək;
- Uyğunsuzluq hesabatlarının statusu barədə rəhbərliyi və aidiyyəti şəxsləri mütəmadi məlumatlandırmaq, keyfiyyətlə bağlı iclasların təşkili və keçirilməsində iştirak etmək;
- Sınaq və istismara vermə (Testing & Commissioning) proseslərində iştirak etmək, nəticələrin layihə tələblərinə uyğunluğunu yoxlamaq;
- Keyfiyyət sənədlərinin, yoxlama aktlarının, test protokollarının və digər keyfiyyət qeydlərinin sistemli şəkildə saxlanılmasına və arxivləşdirilməsinə nəzarət etmək;
- Təchizatçılar və subpodratçıların keyfiyyət göstəricilərinin qiymətləndirilməsində iştirak etmək və aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək
- Əməkhaqqı məbləği: Müsahibə əsasında.
- Həftənin iş günləri: Həftədə 6 gün
Tələblər
- İş təcrübəsi: Minimum 3 ilə qədər olması arzuolunandır;
- Detallara diqqət;
- Texniki sənədlərlə işləmə bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun