AzProduct

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

AzProduct
Ə/h razılaşma ilə
7008
Tam iş günü
Neftçala, Azərbaycan
29.07.2025 00:00 - 29.08.2025 00:00

İş haqqında məlumat

  • Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətə nəzarət prosesinin izlənilməsi, proseslərin qaydalara uyğun icra edilməsinin təmin edilməsi;
  • İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarət etmək;
  • İstehsal zamanı prosedur və təlimatlara, sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət və təmin etmək;
  • İstehsal edilən   məhsulların keyfiyyət standartlarına uyğunluğu yoxlanmalı;
  • İstehsal edilən   məhsulları kimyəvi, fiziki və orqanoleptik parametrlərinə görə yoxlanılmalı;
  • İstehsal edilən   məhsulların keyfiyyəti ilə bağlı uyğunsuzluqları aşkarlamalı;
  • İstehsal zamanı uyğun olmayan məhsullarla bağlı birbaşa rəhbərə məlumat vermək;
  • Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə və öhdəlikləri vaxtında və lazımınca icra etmək.

İş vaxtının norması:

  • 6 günlük iş rejimi;
  • İş yeri: Neftçala rayonu.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı müsahibə əsasında;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

Tələblər

  • Ali təhsilli ( Qida Mühəndisi, Biologiya, Kimya, Kimya Mühəndisi və ya oxşar sahələr);
  • Müvafiq sahə üzrə 1 il  iş təcrübəsi;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
  • Dil bilikləri: Azərbaycan – Əla, xarici dil biliyi üstünlükdür;
  • Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
  • Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olmalı;
  • Texnoloji proses parametrlərinin keyfiyyət parametrlərinə təsirini bilməli;
  • Balıq və balıq məhsulları haqqında məlumatlı olmalı.

Fərdi keyfiyyət göstəriciləri:

  • Diqqətlilik;
  • Keyfiyyət yönümlülük;
  • Məqsəd yönümlülük;
  • Araşdırma, təhlil, müqayisə və qərar vermək.


Oxşar vakansiyalar