Resant Group

Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis

Resant Group
Ə/h razılaşma ilə
210
Tam iş günü
Bakı, Azərbaycan
01/09/2026 - 15/09/2026

İş haqqında məlumat

  • Mətbəx, anbar, bar, servis və sanitar sahələrdə mütəmadi yoxlamalar aparmaq;
  • Məhsulların qəbulundan istifadəsinə qədər keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunu yoxlamaq;
  • Məhsulların son istifadə tarixini, etiketlənməsini, FIFO/FEFO qaydalarına uyğunluğunu və saxlama temperaturunu yoxlamaq;
  • Soyuducu və dondurucuların temperatur göstəricilərinə mütəmadi nəzarət etmək;
  • Məhsulların düzgün saxlanılması və qida təhlükəsizliyi tələblərinə uyğunluğunu təmin etmək;
  • Mətbəxdə hazırlanan yeməklərin reseptura, texnologiya, dad, görünüş və porsiya standartlarına uyğunluğunu yoxlamaq;
  • Gigiyena, təmizlik, dezinfeksiya və qida təhlükəsizliyi tələblərinin icrasını izləmək;
  • İşçilərin şəxsi gigiyena, xüsusi geyim və sanitariya qaydalarına riayət etməsinə nəzarət etmək;
  • Mətbəx avadanlıqları, iş səthləri, inventar və digər iş sahələrinin təmizliyini yoxlamaq;
  • Aşkarlanmış keyfiyyət pozuntularını sənədləşdirmək hesabatlar hazırlamaq;
  • Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
  • Təkrarlanan problemləri analiz etmək və onların qarşısının alınması ilə bağlı təkliflər vermək;
  • Qida itkilərinin və israfın azaldılması istiqamətində nəzarət həyata keçirmək;
  • Yoxlamaların nəticələri barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək

Tələblər

  • Restoran və ya ictimai iaşə sahəsində 3–5 il iş təcrübəsi;
  • Restoranın mətbəx və əməliyyat prosesləri haqqında yaxşı anlayış;
  • Qida təhlükəsizliyi, gigiyena və sanitariya qaydaları üzrə bilik;
  • FIFO/FEFO, məhsulların saxlanma şərtləri və temperatur rejimləri haqqında məlumatlı olmaq;
  • Keyfiyyət standartlarına nəzarət və yoxlama aparmaq bacarığı;
  • Hesabat və sənədləşdirmə bacarığı;
  • Diqqətli, məsuliyyətli və prinsipial yanaşma;
  • Analitik düşünmə və problemləri vaxtında müəyyənləşdirmək bacarığı;
  • Komanda ilə effektiv ünsiyyət qurmaq bacarığı.

İş şəraiti

  • Həftədə 5 iş günü;
  • İş saatları: 09:00–18:00;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.

Restoranımızda keyfiyyət, gigiyena və qida təhlükəsizliyi standartlarının yüksək səviyyədə qorunmasına töhfə verəcək peşəkar namizədləri komandamıza dəvət edirik. 

Yalnız restoran, otel sahələrində təcrübəsi olan əməkdaşların müraciyyət etməkləri xahiş olunur


Oxşar vakansiyalar