STP-BTECH

Keyfiyyətin təminatı üzrə mütəxəssis

STP-BTECH
Ə/h razılaşma ilə
1871
Tam iş günü
Bakı, Azərbaycan
10.09.2025 12:20 - 10.10.2025 12:00

İş haqqında məlumat

  • Daxili normativ sənədlərin İSO 9001:2015 Keyfiyyətin İdarəetmə Sisteminə (KİS) uyğun hazırlanması;
  • Struktur bölmələrinin sənəd, prosedur və təlimatlarının KİS tələblərinə əsasən hazırlanması;
  • İSO 9001:2015 KİS üzrə funksional prosedur, təlimat, siyasət, məqsəd və tədbirlər planının işlənib hazırlanmasının təşkili və tətbiq olunması;
  • Uyğunsuzluqların müəyyən edilməsi və uyğunsuzluq hesabatlarının hazırlanması;
  • Mütəmadi keyfiyyət nəzarət yoxlamalarının həyata keçirilməsi, təkmilləşdirmə tədbirlərinin hazırlanması və nəticələr barədə rəhbərliyə hesabat təqdim edilməsi.

İş şəraiti: 

  • İş saatı: 09:00-17:00 (6 günlük);
  • İş yeri: Binəqədi şossesi, 1-ci Mədən küçəsi 22 B.
  • Ezamiyyələrdə iştirak etmək imkanı.

Biz nə təklif edirik: 

  • Tibbi sığorta; 
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması; 
  • Naharla təmin edilmə;
  • Nəqliyyatla təmin edilmə.

Müraciət üçün: 

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Keyfiyyətin təminatı üzrə mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali texniki təhsil;
  • Keyfiyyətə nəzarət sahəsində minimum 5 il iş təcrübəsi;
  • İSO 9001 və digər keyfiyyətə nəzarət üzrə sertifikatlara sahib olmaq üstünlükdür;
  • Sürücülük vəsiqəsinə malik olmaq;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • İngilis dilini bilmək üstünlük sayılır.