

Keyfiyyətə Nəzarət və SƏTƏM üzrə Mütəxəssis
Concept Consulting and Management
700 - 800 ₼
2118
Tam iş günü
Bakı,
Azərbaycan
02.09.2025 12:16
-
02.10.2025 12:00
İş haqqında məlumat
- Müəssisədə keyfiyyətə nəzarət sisteminin tətbiqinə və icrasına nəzarət etmək;
- İstehsal və xidmət proseslərinin beynəlxalq standartlara (ISO, HACCP və s.) uyğunluğunu təmin etmək;
- İşçilərin əməyin təhlükəsizliyi, sağlamlıq və ətraf mühit (SƏTƏM) qaydalarına əməl etməsini izləmək;
- Risklərin təhlilini aparmaq, uyğunsuzluqları aşkar edib hesabat hazırlamaq;
- Təhlükəsizlik texnikası, təlimatlar və qaydaların hazırlanmasında iştirak etmək;
- İşçilər üçün SƏTƏM üzrə təlimlərin təşkili və keçirilməsi;
- Anbar, mətbəx və digər sahələrdə təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət;
- Qəza və fors-major hallarında araşdırma aparmaq və səbəblərin aradan qaldırılması ilə bağlı təkliflər vermək;
- Rəhbərliyə aylıq və illik hesabatların təqdim olunması.
Şərtlər:
- İş yeri: Xətai;
- İş saatları 08:00-17:00;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Bölgələrə ezamiyyət;
- Əmək haqqı 700-800 AZN.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Keyfiyyətə Nəzarət və SƏTƏM üzrə Mütəxəssis” qeyd etməklə göndərməyiniz xahiş olunur.
Tələblər
- Ali təhsil (Qida mühəndisi, Mikrobioloq, Kimya mühəndisi üstünlükdür);
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Əməyin təhlükəsizliyi və keyfiyyətə nəzarət standartları üzrə biliklər;
- Komandada işləmək bacarığı, məsuliyyətlilik və operativlik;
- MS Office proqramları ilə işləmə bacarığı.