Bakı,
Azərbaycan
01.09.2025 00:00
-
01.10.2025 00:00
İş haqqında məlumat
- Kibertəhlükəsizlik məhsullarının tətbiqi, qorunması, təkmilləşdirilməsi və sınaqdan keçirilməsi;
- İstifadəçilərə və müştərilərə kibertəhlükəsizliklə bağlı dəstəyin göstərilməsi;
- Kibertəhlükəsizlik həllərinin inteqrasiya olunması və onların düzgün qaydada işləməsinin təmin edilməsi;
- Kibertəhlükəsizlik prosedurlarının və kontrollarının tətbiqi;
- Sistemlərin, xidmətlərin və servislərin təhlükəsizliyini sənədləşdirilməsi və hesabatların hazırlanması;
- Kibertəhlükəsizliklə bağlı tədbirlərdə İT/OT işçiləri ilə birgə işləmək.
Biz nə təklif edirik:
- İş qarfiki 5/2, 09.00-18.00;
- Nahar xərcinin ödənişi;
- İllik performans və layihə bonusları;
- Korporativ sağlamlıq proqramı: VIP könüllü sığorta və idman zallarına xüsusi endirim;
- “Learning Hub” platformalarından istifadə imkanı.
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.
Tələblər
- İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi sahəsində ali təhsil;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , texniki səviyyədə İngilis dili biliyi;
- Məlumatların kənara sızılmasının və informasiya sistemlərinə kənar şəxslərin müdaxiləsinin qarşısının alınması məqsədi ilə İnformasiya təhlükəsizlik sistemlərinin qurulması, sazlanması və monitorinqi.
- İT Təhlükəsizlik konsepsiyaları və əsasları haqqında bilik;
- XDR/EDR həllərinin tətbiqi və konfiqurasiyası
- WAF həllərin tətbiqi və konfiqurasiyası;
- SIEM həllərinin tətbiqi və konfiqurasiyası;
- Şəbəkə təhlükəsizliyi konfiqurasiyası haqqında biliklər, Unix/Linux, Windows və s. əməliyyat sistemləri, DB , SQL, scripting, security hardening;
- Server (Windows/Linux), DB, Web tətbiqlərinin penetration testi üzrə praktiki biliklər;
- MITRE ATT&CK Framework və Cyber Kill Chain metodologiyaları haqqında anlayış;
- Təhlükəsizlik boşluqları barədə biliklər (OWASP və s.);
- Yaxşı yazılı və şifahi ünsiyyət bacarıqları;
- Təşəbbüskarlıq, yeniliyə açıqlıq və inkişaf yönümlülük.
Üstünlük verilən bilik və bacarıqlar:
- Proqramlaşdırma dilləri üzrə biliklər (Python, Java, PHP, SQL və s);
- Rus dili.