hrin.az
Reklam
Giltex

Kiçik Sənaye Mühəndisi

Giltex

Əmək haqqı: Razılaşma

131205 noyabr 2026
Təcrübə1 ilə qədər
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

Kiçik Sənaye Mühəndisi

Vəzifənin qısa təsviri:

  • Kiçik Sənaye Mühəndisi iş vaxtının öyrənilməsi, əməliyyatlar üzrə standart vaxt normalarının müəyyən edilməsi, istehsalat göstəricilərinin təhlili, istehsal xətlərində iş bölgüsünün balanslaşdırılması və istehsal gücünün planlaşdırılması fəaliyyətlərini həyata keçirəcəkdir.
  • Vəzifənin əsas məqsədi məhsuldarlığın artırılması, iş axınlarının optimallaşdırılması və ümumi istehsalat səmərəliliyinin yüksəldilməsinə dəstək olmaqdır.

Əsas vəzifə və öhdəliklər:

  • Məhsullar üzrə iş vaxtı araşdırmalarını aparmaq və standart əməliyyat vaxtlarını müəyyən etmək;
  • Standart Dəqiqə Dəyərlərini hesablamaq və yeniləmək;
  • İstehsalat itkilərini, lazımsız hərəkətləri və gözləmə müddətlərini müəyyən etmək, onların aradan qaldırılması üçün təkliflər vermək;
  • Səmərəliliyin artırılması məqsədilə iş axınlarının optimallaşdırılmasına və istehsal xətlərində iş bölgüsünün balanslaşdırılmasına dəstək göstərmək;
  • Yeni məhsullar üzrə istehsal vaxtını müəyyən etmək, avadanlıq və işçi qüvvəsinin istehsal gücünü qiymətləndirmək, istehsal hədəflərinə uyğun resurs ehtiyaclarını təhlil etmək;
  • İş yükü və işçi qüvvəsi üzrə təhlillər aparmaq, işçi ehtiyaclarını planlaşdırmaq, işçi çatışmazlığını və ya artıqlığını müəyyən etmək;
  • Əmək xərclərini hesablamaq və istehsalat göstəricilərinin yaxşılaşdırılması üçün təkliflər vermək;
  • İstehsalat üzrə iş təlimatlarını hazırlamaq və onların tətbiqinə nəzarət etmək;
  • İstehsalat səmərəliliyinin və məhsuldarlığının artırılması məqsədilə davamlı təkmilləşdirmə təşəbbüslərində iştirak etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Sənaye mühəndisliyi ixtisası üzrə bakalavr təhsili (universiteti yeni bitirmiş namizədlərin müraciətləri də təşviq olunur);
  • Microsoft Excel proqramı üzrə yaxşı bilik və istifadə bacarığı;
  • Güclü analitik düşünmə və problem həll etmə bacarıqları;
  • Riyazi hesablamalar aparmaq, məlumatları təhlil etmək və hesabatlar hazırlamaq bacarığı;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • İstehsalat mühitində effektiv işləmək bacarığı;
  • İstehsalat sahəsində öyrənməyə və peşəkar inkişaf etməyə yüksək həvəs.

İş şəraiti:

  • İş yeri: Azərbaycan, Sumqayıt şəhəri, Sülh küçəsi 2.
  • Servis xidməti (Gənclik metrosundan) və nahar təmin edilir.
Reklam