hrin.az
Reklam
Blue City Yaşayış Kompleksi

Sahə Mühəndisi

Blue City Yaşayış Kompleksi

Əmək haqqı: Razılaşma

110505 noyabr 2026
Təcrübə1 ilə qədər
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş30-50
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

Vəzifə öhdəlikləri

  • Təyin edilmiş layihədə,sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara,işlərin aparılması layihəsinə,tikinti  norma və qaydalarına,istehsalat planına  və normativ  sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
  • Layihələr üzrə araşdırmalar etmək;
  • Material sərfini hesablamağı bacarmaq,
  • Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək,onların istehsalat  tapşırıqlarını müəyyənləşdirmək,onlara iş təlimatı keçmək;
  • İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak;
  • Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət;
  • Tikinti prosesi zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
  • Layihələrin məqsədəuyğun icrası üçün əlaqələrin qurulması və daxili resurslar, üçüncü tərəflər, müvafiq qurumlarının əlaqələndirilməsi;
  • Layihənin təyin olunmuş zamanda və nəzərdə tutulan büdcə əsasında, norma və standartlara uyğun şəkildə təhvilinin tənzimlənməsi;
  • İş prosesinin daim izlənilməsi, risklərin müəyyənləşdirilməsi, yaranmış problemlə bağlı tədbirlər planının hazırlanması;
  • Layihənin təhvili üzrə yekun hesabatın hazırlanması;

Xüsusi tələblər

  • İnşaat mühəndisliyi, mülki tikinti və ya müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə iş təcrübəsi;
  • 30–50 yaş aralığında olmaq;
  • Çoxmərtəbəli yaşayış və ya qeyri-yaşayış binalarının tikintisi üzrə iş təcrübəsi;
  • Tikinti sənədlərinin hazırlanması, tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını bilmək;
  • Tikinti norma və qaydaları (TN və Q) üzrə biliklərə malik olmaq;
  • Tikinti prosesinin təşkili və texniki nəzarəti sahəsində bilik və bacarıqlara sahib olmaq.
  • İnşaat sektorunda istifadə olunan materialların, məmulatların, konstruksiyaların, avadanlıqların xüsusiyyətlərini və təyinatlarını bilmək;
  • MS Office, Autocad proqramları üzrə istifadə biliyi;
  • Komandada işləmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • İşi planlamaq bacarığı;

İş şərtləri:

  • İş yeri – Xırdalan şəhəri 
  • İş qrafiki: Tam iş günü (6 gün), bazar istirahət
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun qeydiyyat. 
  • Nahar şirkət tərəfindən verilir.
  • Əmək haqqı namizədin bilik və bacarığına görə müsahibədə təyin olunacaq

 

Reklam