Bakı,
Azərbaycan
09/02/2026
-
23/02/2026
İş haqqında məlumat
- Rezidensiya ərazisinin təmiz, səliqəli və nizamlı saxlanılmasına nəzarət etmək;
- Rezidensiya ərazisində aparılan təmir və texniki işlərin icrasına nəzarət etmək;
- Aşkarlanmış texniki və digər qüsurlar üzrə qüsur aktlarının tərtib edilməsi və rəhbərliyə təqdim olunması;
- Rezidentlərin müraciətlərini operativ şəkildə qəbul etmək, yaranmış problemlərlə dərhal maraqlanmaq və həllini təmin etmək;
- Rezidentlərlə gündəlik ünsiyyətin düzgün və peşəkar şəkildə qurulmasını təmin etmək;
- Aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə işləmək və iş prosesinin fasiləsizliyini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
İş şəraiti:
- İş günləri: həftədə 5 gün, növbəli iş qrafiki;
- Əməkhaqqı: 1000 AZN (netto);
- İş yeri: Sea Breeze Resort / Nardaran qəsəbəsi;
- Nəqliyyat və nahar şirkət tərəfindən təmin olunur;
- Sabit iş mühiti və uzunmüddətli əməkdaşlıq imkanı.
Tələblər
- Ali və ya orta ixtisas təhsili (üstünlükdür);
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (üstünlükdür);
- Azərbaycan, rus və ingilis dillərini ən azı orta səviyyədə bilmək;
- MS Office proqramları ilə işləmə bacarığı;
- Rezident və qonaqlarla ünsiyyətdə nəzakətli, səbirli və məsuliyyətli olmaq;
- Yüksək ünsiyyət və problem həll etmə bacarıqları;
- Stressə davamlılıq və çevik qərarvermə qabiliyyəti;
- Növbəli iş qrafiki ilə işləmək imkanı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.