Azroksan LLC

Kompozit İstehsal Texniki

Azroksan LLC
Ə/h razılaşma ilə
520
Tam iş günü
Bakı, Azərbaycan
13/03/2026 - 27/03/2026

İş haqqında məlumat

Azroksan şirkəti istehsal planlarına uyğun olaraq müxtəlif mexaniki emal əməliyyatlarının yerinə yetirilməsinə, istehsal proseslərinin keyfiyyət standartlarına uyğun icrasına və istifadə olunan avadanlıqların düzgün işlədilməsinə cavabdeh olacaq Kompozit İstehsal Texniki axtarır.

Seçilən namizədlər Türkiyədə 6 aylıq peşəkar təlim proqramında iştirak edərək beynəlxalq iş mühitində dəyərli təcrübə qazanacaq; təlim, yaşayış, yemək və yol xərclərinin hamısı şirkət tərəfindən qarşılanacaq.

Əsas vəzifələr:

  • İstehsal planlarına uyğun olaraq hissələrin mexaniki emal əməliyyatlarını müəyyən edilmiş keyfiyyət və müddət tələblərinə uyğun şəkildə yerinə yetirmək.
  • Təlim və proses sənədlərinə əsasən CNC torna, CNC frezer, universal torna və frezer dəzgahlarında emal işlərini həyata keçirmək.
  • Deşik açma, daşlama, kəsim, yığma, səviyyələndirmə və digər mexaniki emal proseslərini müəssisədaxili prosedurlara uyğun icra etmək.
  • Proseslərdə istifadə olunan alətlərin, avadanlıqların, ölçü cihazlarının və qəliblərin düzgün istifadəsini və səliqəli saxlanılmasını təmin etmək.
  • İstehsal sənədlərini və emalatxana qeydlərini düzgün və vaxtında doldurmaq, maşınların gündəlik texniki xidmətini həyata keçirmək.

Tələblər

  • Ali təhsil (Kimya mühəndisliyi, Material mühəndisliyi və Kimya ilə əlaqəli ixtisaslar)
  • CNC və universal dəzgahlarla (tornalama, frezləmə, qazma və s.) işləmək üzrə iş təcrübəsi.
  • Texniki çertyojları və istehsalat sənədlərini oxumaq bacarığı.
  • Ölçmə alətləri (sirkul, mikrometr və s.) ilə işləmək bacarığı və dəqiqlik. 
  • Komanda ilə effektiv əməkdaşlıq bacarığı. 
  • Bəy namizədlər üçün hərbi xidmətini başa vurmuş və ya artıq çağırılmayacaq (hərbi xidmət öhdəliyi olmayan) şəxslər müraciət edə bilər.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar