Bakı,
Azərbaycan
13/03/2026
-
27/03/2026
İş haqqında məlumat
Biz Təchizat Sistemləri komandamızın bir hissəsi olmaq üçün Operator (Keyfiyyətə Nəzarət) axtarırıq.
İş yeri: Bakı (Mövsümi – 5 aylıq)
Vəzifə təlimatları
- Su təsfiyə və sirop hazırlama təsisinin hüquqi qanunvericilik və Coca-Cola standartlarına uyğun şəkildə su istehsal etməsini təmin etmək;
- Keyfiyyət planında yer alan su təmizlik modulu (yeri – ünitesi) ilə əlaqədar gündəlik analiz və təhlilləri aparmaq;
- Operator prosedura uyğun olaraq istehsal sahələrində – atıq su təmizləmə, laboratoriya, siropxana və su təsfiyə sahələrindən nümunələr götürərək laboratoriyada analizlərini aparmaq;
- Xam su kontrolunu həyata keçirmək, müntəzəm olaraq su istehlakı və xam su gəlişi ilə bağlı hesabat aparmaq;
- Gündəlik istehsal planına uyğun olaraq istehsal olunacaq məhsulun növü və sayına görə anbardan xammal almaq, MMİ-dəki hazırlanma üsullarına uyğun şəkildə su və şəkər hesablanaraq gigiyenik şəraitdə manual və avtomatik avadanlıqlardan istifadə etməklə sirop hazırlamaq;
- Su təsfiyəsi üçün kimyəvi maddələri hazırlayarkən təhlükəsizlik qaydalarına riayət etmək;
- Siropxana və su təsfiyə sahəsində olan avadanlıqların planlı təmirini aparmaq, qəza vəziyyətində növbə rəisini məlumatlandırmaq;
- Qida təhlükəsizliyi ilə bağlı bütün problemlər barədə cavabdeh şəxslərə məlumat vermək;
- Siropxana və su təsfiyə sahəsində GMP qaydalarına riayət etmək.
Tələblər
- İstehsal sahəsində minimum 1 il iş təcrübəsi
- Müvafiq sahə üzrə bakalavr təhsili
- MS Office bilikləri
- Tələb olunan avadanlıqlarla məsuliyyətli və təhlükəsiz işləmə bacarığı
- Komandada işləmə bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.