AR

Kontent və Sosial media mütəxəssisi

APAR RİDE
Ə/h razılaşma ilə
3833
Tam iş günü
Bakı, Azərbaycan
26.09.2025 05:07 - 26.10.2025 12:00

İş haqqında məlumat

  • Facebook, Instagram və TikTok hesablarının idarəsi;
  • Həftəlik və aylıq kontent planının hazırlanması və icrası;
  • Sosial media trendlərinin izlənməsi və tətbiqi;
  • Kreativ post, story və reels hazırlanması;
  • İzləyici artımı və aktivliyin təhlili, inkişaf planının təqdim edilməsi.

Biz nə təklif edirik?

  • Şəhərin mərkəzində iş yeri;
  • Dinamik və yaradıcı komandada işləmək imkanı;
  • Şəhər həyatına təsir edən innovativ layihələrin bir hissəsi olmaq;
  • Apar velosiped və e-velosipedlərindən limitsiz istifadə imkanı .

 İş haqqında:

  •  İş qrafiki: Həftənin 5 günü (09:00 – 18:00);
  •  İş formatı: Tam ştat;
  •  Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.

Seçim tapşırığı:

  • Namizəddən maksimum 30–40 saniyəlik Reels hazırlanması xahiş olunur. Mövzu sərbəstdir: mizahi, məlumat xarakterli, motivasiyaedici vəs istənilən formada ola bilər. Əsas şərt – Apar brendi ilə uyğun olsun. Video yaradıcı ideya, montaj keyfiyyəti və sosial media trendinə uyğunluq baxımından qiymətləndiriləcək.

Müraciət üçün:

  • Mövzu hissəsində “Kontent və sosial media mütəxəssisi” qeyd edərək CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin

Tələblər

  • Video çəkilişi, montajı, səs yazısı və redaktəsi bacarığı;
  • Canva, CapCut və oxşar proqramlarda işləmə təcrübəsi;
  • Sosial şəbəkə alətlərindən aktiv istifadə bacarığı;
  • Copywriting qabiliyyəti və kreativ yanaşma;
  • Azərbaycan dilində mükəmməl yazı bacarığı ;
  • Məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı.


Oxşar vakansiyalar