Baku Bus

Sosial Media Marketinq Mütəxəssisi

Baku Bus
Ə/h razılaşma ilə
3301
Tam iş günü
Bakı, Azərbaycan
03.09.2025 02:50 - 03.10.2025 12:00

İş haqqında məlumat

  • BakuBus-ın rəsmi sosial media hesablarının (Instagram, Facebook, TikTok, LinkedIn və s.) idarə olunması və gündəlik nəzarəti;
  • Rəqəmsal platformalarda şirkətin brend tonunun qorunması;
  • Aylıq kontent planlarının hazırlanması və ictimai nəqliyyatla bağlı aktual, maarifləndirici və məlumatlandırıcı paylaşımların dərc edilməsi;
  • Sosial mediada şikayət, rəy və suallara operativ şəkildə cavab verilməsi və sərnişin məmnuniyyətinin təmin edilməsi;
  • Aylıq fəaliyyət hesabatlarının hazırlanması və performans göstəricilərinin təhlili;
  • Rəqib şirkətlərin və nəqliyyat sektorundakı yerli və beynəlxalq trendlərin izlənməsi, analizi və təkliflərin verilməsi;
  • Qrafik dizaynerlə sıx və kordinasiyalı əməkdaşlıq;
  • Reklam kampaniyalarının planlaşdırılması və idarə olunması;
  • Kreativ vizuallar və məzmunlarının hazırlanmasına dəstək və video çəkiliş proseslərində iştirak.

İş şəraiti

  • 5 günlük iş həftəsi (09:00 – 18:00);
  • Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını (Sosial Media Marketinq Mütəxəssisi) email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.

Tələblər

  • Ali Təhsil;
  • Müvafiq sahədə ən az 2 il iş təcrübəsi;
  • Meta Business Suite, Ads Manager və digər rəqəmsal marketinq alətləri ilə işləmə bacarığı;
  • Süni intellektlə işləmə bacarığı;
  • Operativlik, dəqiqlik və yüksək icraçı bacarıq;
  • Analitik düşünmə və araşdırma qabiliyyəti;
  • Texnoloji yeniliklər barədə məlumatlı olmaq üstünlükdür;
  • Komanda ilə işləmə bacarığı.


Oxşar vakansiyalar