Bakı,
Azərbaycan
10/03/2026
-
24/03/2026
İş haqqında məlumat
Swissdent klinikası olaraq şəxsi və peşəkar inkişafa meyilli, yeni peşə öyrənmək həvəsi olan, karyera pilləsində irəliləmək istəyən, sosial məsuliyyətli, insanpərvər, o cümlədən yüksək motivasiyaya sahib şəxsləri hazırda genişlənməkdə olan Bakı və Sumqayıt komandamıza qoşulmağa dəvət edirik.
Bizim təklif etdiyimiz imkanlar:
- İşin spesifik yanları işə başlamazdan və iş prosesində öyrədiləcək.
- Beynəlxalq standartlara və protokollara uyğun işləmə iş mühiti
- Peşəkar və gülərüz kollektiv
- Şəxsi və peşəkar inkişafa yönəlik multidissiplinar korporativ mühit
- Rəqabətə dayanıqlı əmək haqqı
- Daimi artan pasiyent külləsi
Tələblər
- Ali təhsil
- Yüksək səviyyədə müştəriyönümlülük və ünsiyyət qabiliyyəti (səlis nitq, empatiya qurma, dinləmə)
- Təşkilatçılıq və problem həll etmə bacarığı, liderlik
- Biznes etikaya həssaslıq, komandada işləmə qabiliyyəti
- Satış və marketinq sahəsində iş təcrübəsinin olması üstünlükdür
- Azərbaycan və Rus dilində səlis danışıq, İngilis dilləri arzu olunandır
- MS Office (Word, Excel, Outlook) proqramlarında işləmə bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.