hrin.az
Reklam
Frazex LLC

Korporativ hüquqşünas

Frazex LLC

Əmək haqqı: 1500 ₼

42513 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYoxdur
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliOrta
İngilis diliYoxdur

İş haqqında

Vəzifə öhdəlikləri:

  • Korporativ müştərilər, tərəfdaşlar və xidmət təminatçıları ilə müqavilələrin hazırlanması və tərtib edilməsi.
  • Şirkətin maraqlarına uyğun olaraq müxtəlif növ müqavilələrin hazırlanması və razılaşdırılması.
  • Müqavilə şərtlərinin təhlili, hüquqi risklərin müəyyən edilməsi və onların minimuma endirilməsi ilə bağlı təkliflərin hazırlanması.
  • Şirkətin fəaliyyəti üçün zəruri olan hüquqi sənədlərin, məktubların, sazişlərin, etibarnamələrin və digər sənədlərin hazırlanması.
  • Rəhbərliyin və əməkdaşların cari hüquqi məsələlərlə bağlı məsləhətləndirilməsi.

Namizədə tələblər:

  • Ali hüquq təhsili.
  • Hüquq sahəsində 3 ilədək iş təcrübəsi.
  • Müqavilələrin hazırlanması, yoxlanılması və razılaşdırılması üzrə praktiki təcrübə.
  • Mülki və korporativ hüquq sahəsində yaxşı bilik.
  • Hüquqi təhlil və sənədlərlə işləmək bacarığı.
  • Yaxşı kommunikasiya bacarıqları, işgüzar yazışmaların aparılması və danışıqların həyata keçirilməsi bacarığı.
  • Azərbaycan və rus dillərini bilmək arzuolunandır.

İş şəraiti:

  • Beşgünlük iş həftəsi : 10:00–18:00.
  • İş yeri: Bakı, Babək Plaza.
  • Əmək haqqı: 1500 AZN net.
Reklam