hrin.az
Reklam
Techtonas

Tender və Korporativ Satışlar üzrə mütəxəssis

Techtonas

Əmək haqqı: 1000-1500 ₼

55606 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriProfessional
TəhsilÜmumi-orta
Azərbaycan diliYaxşı
Rus diliBaşlanğıc
İngilis diliBaşlanğıc

İş haqqında

Hazırda komandamıza tender proseslərinin idarə olunması, kommersiya təkliflərinin hazırlanması, korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi, eləcə də yeni satış imkanlarının müəyyənləşdirilməsi üzrə fəaliyyət göstərəcək məsuliyyətli və təşəbbüskar Tender və Korporativ Satışlar üzrə mütəxəssis axtarırıq.

Vəzifə öhdəlikləri

  • Dövlət və özəl sektorda elan edilən tenderlərin gündəlik izlənilməsi və uyğun layihələrin müəyyən edilməsi.
  • Şirkətin fəaliyyət istiqamətlərinə uyğun tenderlərdə iştirakın təşkili.
  • Tender sənədlərinin, texniki tapşırıqların və BOQ fayllarının təhlili.
  • İstehsalçılar, distribütorlar və təchizatçılarla əlaqə saxlayaraq qiymət təkliflərinin alınması.
  • Satış və texniki komanda ilə birlikdə kommersiya təkliflərinin hazırlanması.
  • Tender sənədlərinin hazırlanması və elektron portallara yüklənməsi.
  • Sifarişçilərlə danışıqların aparılması və tender prosesinin izlənilməsi.
  • Yeni müştərilərin, layihə təşkilatlarının cəlb edilməsi.
  • Tender nəticələrinin təhlili və rəhbərliyə hesabatların təqdim edilməsi.
  • Qazanılmış tenderlərin icra komandasına ötürülməsi və müqavilə prosesinin koordinasiyası.

Namizədə tələblər

  • Tender və ya B2B satış sahəsində minimum 1-2 il təcrübə.
  • Dövlət satınalmaları və elektron tender portalları ilə işləmə bacarığı.
  • Excel və digər MS Office proqramlarında sərbəst işləmək.
  • Texniki sənədləri və kommersiya təkliflərini təhlil etmək bacarığı.
  • İngilis və rus dili biliyi üstünlükdür.
  • IT avadanlıqları və xidməti, zəif axın, təhlükəsizlik sistemləri sahəsində təcrübə üstünlükdür.

İş şəraiti

  • İş yeri: Bakı, Çinar park biznes mərkəzi, Techtonas MMC
  • İş rejimi: Həftə içi 5 gün, 09:00-18:00
  • Əmək haqqı: 1000 – 1500 AZN + mənfəətə bağlı bonus (Namizədin bacarıqlarından aslı olaraq əmək haqqı arta bilər)
Reklam