Bakı,
Azərbaycan
11.09.2025 03:14
-
11.10.2025 12:00
İş haqqında məlumat
- Sürtkü yağlarının korporativ müştərilərə satışı və satış həcminin artırılması;
- Mövcud müştəri bazasının idarə edilməsi və yeni müştərilərin cəlb edilməsi;
- Müştərilərlə uzunmüddətli əlaqələrin qurulması və saxlanılması;
- Bazar araşdırması aparmaq və rəqabət təhlili etmək;
- Satış strategiyalarının hazırlanmasında iştirak etmək və həyata keçirmək;
- Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
- Məhsulun daşınmasını və çatdırılmasına nəzarət olunması;
- Şöbə rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.
Təklif etdiklərimiz:
- Əmək haqqı və satışdan yüksək bonuslar;
- Peşəkar inkişaf;
- Müasir iş mühiti və dəstəkləyici komanda.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Öz müştəri portfelinin olması mütləqdir;
- Satış sahəsində ən azı 3 il iş təcrübəsi (motor yağları və ya avtomobil sənayesi ilə bağlı təcrübə üstünlükdür);
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı;
- Güclü danışıqlar aparma və müştəri əlaqələri idarəetmə bacarığı;
- Satış hədəflərinə çatmaq üçün motivasiya və nəticəyönümlülük;
- Analitik düşüncə və bazar dinamikasını başa düşmə qabiliyyəti;
- Komandada işləmək və müstəqil qərar qəbul etmə bacarığı;
- Sürücülük vəsiqəsinin olması.