Grand Motors MMC

Korporativ satış mütəxəssisi

Grand Motors MMC
Ə/h razılaşma ilə
3336
Tam iş günü
Bakı, Azərbaycan
19.09.2025 11:20 - 19.10.2025 12:00

İş haqqında məlumat

  • Bazar araşdırılmalarının aparılması, yeni imkanların müəyyən edilməsi və rəhbərliyə təkliflərin verilməsi;
  • Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması və ehtiyat hissələrin satışını həyata keçirilməsi;
  • Şirkətin satış həcminin artırılmasına dəstək olunması;
  • Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analiz edilməsi;
  • Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması;
  • Müşəri ilə görüşmələr və təqdimatların keçirilməsi;
  • Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması;
  • Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi;
  • Ziyarət nəticələrinin izlənilməsi;
  • Sifarişlərin icra olunması;
  • Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi;
  • Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
  • Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması;
  • Maliyyə sənədlərinin müştəriyə göndərilməsi;
  • Müştəri ödəmələrinin izlənilməsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz);
  • Servis xidməti (20 mst, Gənclik mst və Sumqayıt ş.);
  • Karyera inkişafı imkanları və mehriban kollektiv.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ satış mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Ali təhsil;
  • Korporativ satış sahəsində 2 illik iş təcrübəsi(Ehtiyat hissələrin və ya avtomobillərin satışı üzrə təcrübə üstünlükdür);
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus və ingilis dilləri arzuolunandır;
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə işləmək bacarığı;
  • Şəxsi avtomobilin olması üstünlükdür;
  • Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli;
  • Müştəriyönümlü satış etmək bacarığı olmalı;
  • Liderlik keyfiyyətlərinə malik olmalı.


Oxşar vakansiyalar