.jpg)
İş haqqında
· Korporativ satış strategiyasının hazırlanması və icrasını təmin etmək;
· Satış hədəflərinin müəyyən edilməsi və nəticələrin davamlı izlənilməsi;
· Yeni korporativ müştərilərin və layihələrin cəlb edilməsi;
· Mövcud müştərilərlə münasibətlərin inkişaf etdirilməsi və uzunmüddətli əməkdaşlığın qurulması;
· B2B və layihə satışlarının idarə olunması;
· Tender və kommersiya təkliflərinin hazırlanması prosesində iştirak etmək;
· Müştəri ehtiyaclarını təhlil edərək uyğun məhsul və həllərin təqdim olunmasını təmin etmək;
· Danışıqlar aparmaq, müqavilə şərtlərini razılaşdırmaq və satış prosesini yekunlaşdırmaq;
· Satış komandası üçün hədəflərin müəyyən edilməsi, iş bölgüsünün aparılması və komandanın inkişaf etdirilməsi;
· Satış göstəriciləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
· Debitor borclarının və müqavilə öhdəliklərinin izlənilməsi.
· İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
· Həftə içi 5 iş günü saat 10:00-dan - 19:00-dək (şənbə günü növbəli və qısa iş günüdür)
· Əmək haqqı: 1800-3000 (artan əmək haqqı + yüksək bonus)
Tələblər:
· Ali təhsil arzuolunandır; İT, iqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq sahələri üzrə təhsili olan namizədlərə üstünlük verilir.
· Texnologiya, elektronika, təhlükəsizlik sistemləri və ya əlaqəli sektorda iş təcrübəsi;
· Satış və komanda idarəetməsi üzrə uğurlu təcrübə;
· Satış planlaması və KPI-larla işləmək bacarığı;
· MS Office, CRM, ERP və digər müvafiq proqramlarda istifadə təcrübəsi
· Rus dili (Əla) , İngilis dili (arzu olunan)
· Yaş : 26 – 40
Biz təklif edirik:
• Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
• Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
• Rəqabətli əmək haqqı və müavinətlər paketi
• Yeni ideya və yanaşmalara açıq mühit
.png)