Bakı,
Azərbaycan
19/05/2026
-
02/06/2026
İş haqqında məlumat
Ofis mebeli sahəsi üzrə təcrübəli Korporativ satış təmsilçisi tələb olunur!
- Korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- Hazır müştəri portfeli üzərindən satış imkanlarının dəyərləndirilməsi;
- Yeni şirkətlərin, dövlət və özəl qurumların müştəri bazasına cəlb edilməsi;
- Ofis mebeli məhsullarının təqdimatı və satışının həyata keçirilməsi;
- Kommersiya təkliflərinin hazırlanması;
- Müştərilərlə qiymət, məhsul, çatdırılma və ödəniş şərtləri üzrə danışıqların aparılması;
- Satış nəticələri üzrə hesabatların təqdim edilməsi.
Şirkət tərəfindən təklif olunur:
- Rəsmi əmək müqaviləsi;
- Sabit əmək haqqı və satış nəticələrinə əsasən bonus;
- Korporativ müştərilərlə işləmək imkanı;
- Peşəkar və nəticəyönümlü iş mühiti;
- Satış göstəricilərinə uyğun gəlir artımı imkanı.
Tələblər
- Korporativ satış sahəsində minimum 5 ildən çox iş təcrübəsi;
- Hazır korporativ müştəri portfelinin olması;
- Tenderlərdə iştirak və tender sənədləri ilə işləmə təcrübəsi;
- B2B satış, danışıqlar və təqdimat bacarıqları;
- Müştəri ehtiyaclarını düzgün analiz etmək və uyğun məhsul təklifi hazırlamaq bacarığı;
- Ofis mebeli, interyer, tikinti, təchizat və ya əlaqəli sahələrdə təcrübə üstünlükdür;
- Azərbaycan dilində səlis danışıq, rus və ingilis dili biliyi üstünlük hesab olunur;
- MS Office proqramları ilə işləmə bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.