Bakı,
Azərbaycan
10.10.2025 10:14
-
10.11.2025 12:00
İş haqqında məlumat
- Potensial və mövcud korporativ müştərilərlə əlaqə yaratmaq və şirkətin məhsul və xidmətləri barədə ətraflı məlumat təqdim etmək;
- Korporativ satış planını yerinə yetirmək üçün müştəri bazasını genişləndirmək və yeni partnyorlar cəlb etmək;
- Müştərinin ehtiyaclarını təhlil edərək fərdi təkliflər hazırlamaq və təqdim etmək;
- Müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq və satış sonrası əlaqəni qorumaq;
- Müştəri şikayətlərinin operativ və effektiv həllini təmin etmək.
Müqavilə və maliyyə sənədlərinin idarə olunması
- Şirkət daxili təklif və qiymət formalarının hazırlanmasına və koordinasiyasına nəzarət etmək;
- Satış müqavilələrinin hazırlanması, imzalanması və icrasına nəzarət etmək;
- Ödəniş sənədlərinin hazırlanması, imzalanması və müştəriyə göndərilməsinə nəzarət etmək;
- Müştəri borclarına və anbar qalığına daimi nəzarət etmək.
Analitik və strateji fəaliyyət
- 1Aylıq, rüblük və illik satış hədəflərinə çatmaq üçün birbaşa rəhbərinə hesabatlar təqdim etmək;
- Mövcud korporativ müştərilərin tələblərini cavablandırmaq və onların məmnuniyyətini təmin etmək;
- Vəzifə üzrə tələb olunan bilikləri daim artırmaq, şirkətin təlim proqramlarında iştirak etmək.
Daxili qaydalar və etik prinsiplər
- Müştəri tərəfindən tələb olunan eyni məhsulların stokda olmadığı halda, ehtiyaca uyğun alternativ təkliflər hazırlamaq;
- Şirkətin müəyyən etdiyi dress-code qaydalarına riayət etmək;
- Şirkətə məxsus kommersiya və müştəri məlumatlarının məxfiliyini qorumaq.
Açar bacarıq və davranışlar:
- Strateji və analitik düşüncə – bazar proseslərini dərindən təhlil etmək ;
- Korporativ satış və danışıqlar – yüksək səviyyədə təqdimat, müzakirə və razılaşma bacarığı;
- Müştəri münasibətlərinin idarəsi – uzunmüddətli tərəfdaşlıq qurmaq və məmnuniyyəti qorumaq;
- Planlama və prioritetləşdirmə – çoxsaylı layihə və hədəfləri effektiv idarə etmək;
- Stressə davamlılıq və operativlik – fövqəladə şəraitdə çevik və düzgün qərar vermək.
Təklif:
- Ofis - Dərnəgül. Ziya Bünyadov pr 2071;
- İş qrafiki: 5 günlük rəsmi iş qrafiki, 09:00-18:00;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Azərbaycan Respublikası Əmək məcəlləsi əsasında rəsmiləşdirmə;
- Əmək haqqı: 800 azn + bonus ;
- B2B görüşlərlə bağlı nəqliyyat və danışıq xərcləri qarşılanır.
CV-lərinizi “Korporativ satış üzrə menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Tələblər
- Təhsil: Ali təhsil ;
- İş təcrübəsi: Minimum 1 il korporativ satış sahəsində;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus və İngilis dilləri arzuolunandır;
- Kompyuter bilikləri: MS Office, 1C/ERP, e-mail və onlayn platformalar;
- Əlavə: Satış texnikaları, təqdimat bacarıqları, müştəri idarəçiliyi.