BERC Group MMC

Korporativ satış üzrə mütəxəssis

BERC Group MMC
Ə/h razılaşma ilə
1187
Tam iş günü
Bakı, Azərbaycan
30.10.2025 10:22 - 30.11.2025 12:00

İş haqqında məlumat

Şirkətin xidmətlərinin korporativ satışının təşkili, yeni müştəri bazasının formalaşdırılması;

  • Mövcud müştərilərlə münasibətlərin saxlanması;
  • Müştərilərlə işgüzar görüşlərin təşkil edilməsi və şirkətin xidmətlərinin təqdimatı;
  • Telefon zəngləri, sosial şəbəkələr və digər alternativ satış kanalları vasitəsilə aktiv axtarış və potensial müştərilərin cəlb edilməsi;
  • Təklif edilən xidmətlər haqqında müştərilərə dolğun informasiyanın təqdim edilməsi ilə onların məlumatlandırılması və real müştəri bazasının artırılması;
  • Mövcud korporativ müştərilərlə işgüzar əlaqələrin möhkəmləndirilməsi sahəsində işlərin aparılması, müştərilərlə müvafiq şöbələr arasında əlaqələndirici funksiyasının həyata keçirilməsi;
  • Satışlar barədə mütəmadi təhlillərin aparılması, hesabatların hazırlanması və rəhbərə təqdim edilməsi.

BERC Group MMC sizə nə vəd edir?

  • Sahibkarlar və rəhbərlərlə işgüzar münasibətlər; 
  • Rəqabət qabiliyyətli əmək haqqı (tarif maaşı + bonus); 
  • Peşəkar korporativ satış təcrübəsi əldə etmək imkanı;
  • Korporativ nömrə və danışıq paketi.
  • İdman güzəştləri (Cəmiyyətin ofisində fəaliyyət göstərən fitnes mərkəzdən istifadə imkanı)

Qeyd: Namizədlərin bilik və bacarıqlarına uyğun olaraq kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələri təklif edilə bilər  

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “vakansiyanın adı” vəzifəsi yazaraq göndərmələri xahiş olunur.

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

  • Müştərilərin cəlbi istiqamətində görüşlərin təşkili və əlaqələrin qurulması;
  • Daxil olan sifarişlərin qəbulu, onların müvafiq proqram təminatına işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirməsi;
  • Müştəri etirazlarının idarə olunması və onların şirkətin potensial müştərisinə çevrilməsi istiqamətində iş;
  • Cəlb edilmiş potensial müştərilərin satışın sonlandırılmasınadək təqibi, müştəri məmnunluğunun təmin edilməsi;
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Qeyd: Şirkətin xidmətləri və şirkətin satış strategiyaları qısa müddətdə tədris ediləcək.

Tələblər

  • Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi; (vergi və maliyyə xidmətlərinin korporativ satışı, eyni zamanda bank və sığorta sektorunda analoji təcrübənin olması üstünlükdür) ;
  • Ali təhsilin olması vacibdir;
  • İqtisadi biliklərin olması üstünlükdür. 
  • Korporativ satış ilə bağlı bazar araşdırma qabiliyyətinə malik olmalı;
  • Korporativ satış sahəsi üzrə nəzəri və praktiki biliklər, satış texnikalarını bilməli;
  • Səbrli, səmimi kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
  • Müxtəlif şəxsiyyət tiplərinə uyğunlaşma bacarığı;
  • Prioritetləri təyin etmək və vaxtı səmərəli idarə etmək bacarığı;
  • Aktiv dinləmə ilə yanaşı güclü telefon və şifahi ünsiyyət bacarıqları;
  • Azərbaycan dilində səlis və başa düşülən danışıq üslubuna sahib olması (rus  dili və ingilis dilləri üzrə bilikləri  olması üstünlükdür );
  • Komanda ilə işləmək bacarığı;
  • MS Office proqramlarında  sərbəst işləmək bacarığı;
  • Təqdimetmə və inandırma bacarığı.


Oxşar vakansiyalar