North West Construction

Laboratoriya texniki (beton istehsalı üzrə)

North West Construction
Ə/h razılaşma ilə
3901
Tam iş günü
Bakı, Azərbaycan
11/12/2025 - 18/12/2025

İş haqqında məlumat

  • Test nümunələrinin müvafiq standart və təlimatlara uyğun şəkildə saxlanılmasını təmin etmək.
  • Qeydlərin aparılması zamanı yalnız Keyfiyyət İdarəetmə Sistemi (KİS) tərəfindən təsdiq edilmiş formalar və sənədlərdən istifadə etmək.
  • Təzə beton qarışığı və qruntun laboratoriya və sahə şəraitində sınaqlarını həyata keçirmək (beton konusunun çökməsi, temperaturun ölçülməsi, hava miqdarının təyini və s.).
  • Beton nümunələrinin götürülməsi, saxlanılması və möhkəmlik həddinin müəyyən edilməsini təmin etmək.
  • Aparılan bütün sınaqları və onların nəticələrini düzgün şəkildə qeydiyyata almaq və sistemə işləmək.
  • Analizlərin bütün mərhələlərini müvafiq təlimat və standartlara uyğun olaraq dəqiq və etibarlı şəkildə icra etmək, nəticələrə nəzarət etmək.
  • Laboratoriyaya daxil olan nümunələri qəbul etmək, təlimatlara uyğun olaraq hazırlamaq və sınaqları vaxtında yerinə yetirmək.
  • Beton laboratoriyasına aid cihaz və avadanlıqların təlimatlara uyğun şəkildə yoxlanılmasını, kalibrlənməsini və doğrulanmasını təmin etmək.
  • Texniki Dəstək Proseduruna əsasən analizlər üçün tələb olunan bütün məhlulların düzgün hazırlanmasını təmin etmək.
  • Nümunələrin götürülməsi və ya sınaq prosesində aşkarlanan hər hansı uyğunsuzluq və ya nöqsanlar barədə operativ şəkildə rəhbərliyə məlumat vermək.

Tələblər

  • Orta texniki və ya ali texniki təhsil (mühəndislik, inşaat materialları, kimya texnologiyası və s.).
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi 
  • Laboratoriya cihazları ilə işləmə bacarığı
  • Beton və xammal sınaqlarının standart metodlarını bilmək 
  • Beton qarışıqlarının nisbətlərini və texniki parametrlərini anlamaq.

Bu vəzifəyə müraciət etmək üçün CV-nizi "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.  CV göndərən zaman vəzifənin adını “Laboratoriya texniki” mövzu bölməsində göstərin.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.


Oxşar vakansiyalar