North West Construction

Texniki ofis mühəndisi (beton boru istehsalı)

North West Construction
Ə/h razılaşma ilə
142
Tam iş günü
Bakı, Azərbaycan
24/11/2025 - 24/12/2025

İş haqqında məlumat

  • Beton boru istehsalı üzrə istehsal planlarının hazırlanması və icrasının nəzarəti;
  • Texniki sənədlərin, layihə çertyojlarının və spesifikasiyaların hazırlanması və yoxlanılması;
  • İstehsal prosesində istifadə olunan materialların və avadanlıqların hesablanması və optimallaşdırılması;
  • İstehsal sahəsi və texniki ofis arasında koordinasiyanın təmin edilməsi;
  • Keyfiyyətə nəzarət şöbəsi ilə əməkdaşlıq edərək məhsulların standartlara uyğunluğunun yoxlanılması;
  • İstehsal göstəricilərinə dair gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
  • Texniki problemlərin analizi və həlli, təkmilləşdirmə təkliflərinin hazırlanması.

İş yeri: Bakı şəhəri, Abşeron rayonu.

Bu vəzifəyə müraciət etmək üçün CV-nizi  "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər. CV göndərən zaman vəzifənin adını “Texniki ofis mühəndisi (beton boru istehsalı)”  mövzu bölməsində göstərin. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Tələblər

  • inti materialları, xüsusilə beton və dəmir-beton məhsullarının istehsalı üzrə biliklər;
  • İstehsalat proseslərini oxumaq və təhlil etmək bacarığı;
  • AutoCAD və digər dizayn proqramlarında sərbəst işləmək;
  • MS Office proqramları ilə hesabatların hazırlanması bacarığı;
  • Güclü analitik düşüncə, problem həll etmə və təşkilatçılıq bacarığı;
  • Komandada işləmə və sahə ilə ofis arasında koordinasiyanı təmin etmə bacarığı.

Təhsil və təcrübə:

  • Ali təhsil (mühəndislik ixtisasları üzrə – İnşaat, Mexanika və s.);
  • Beton boru və ya oxşar istehsal sahəsində minimum 2–3 il iş təcrübəsi;
  • İstehsalat sahəsində texniki sənədləşmə və keyfiyyət standartları üzrə biliklər.

Oxşar vakansiyalar