Zəngilan,
Azərbaycan
25.08.2025 04:58
-
25.09.2025 12:00
İş haqqında məlumat
- Landşaft və abadlıq layihələrinin hazırlanması, tikinti-quraşdırma və bərpa işlərinin layihəyə uyğun və şəhərsalma normalarına əsasən icrasını təmin etmək;
- Layihələrin hazırlıq mərhələsində müayinə, mühəndis-axtarış, planlaşdırma işlərində və metodologiya, icra üsullarının hazırlanmasında iştirak etmək;
- Landşaft memarlığı üzrə texniki həllərin işlənməsi, eskizlərin, planların və layihə sənədlərinin hazırlanmasını təmin etmək;
- Tikinti və ya abadlıq işlərinin başlanması üçün tələb olunan sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq, lazım gəldikdə düzəlişlər üzrə müraciət etmək və nəzarət altında saxlamaq;
- Ərazinin planlaşdırılması, yaşıllaşdırılması, suvarma və istirahət zonalarının qurulması üzrə layihələrin hazırlanması və icrasına nəzarət etmək;
- Sahə mühəndislərinə və landşaft üzrə ixtisaslaşmış mütəxəssislərə rəhbərlik etmək, tapşırıqları müəyyənləşdirmək, icra prosesinə nəzarət etmək;
- Podratçı təşkilatların fəaliyyətini əlaqələndirmək, görülmüş işlərin qəbulunu həyata keçirmək;
- Layihənin texniki və ekoloji standartlara uyğun həyata keçirilməsini təmin etmək;
- İcra olunan işlərin texniki sənədlərini və hesabatlarını hazırlamaq, vaxt cədvəllərinə və layihə tələblərinə riayət edilməsinə nəzarət etmək;
- İstifadə olunan materialların, avadanlıqların və konstruksiyaların təsdiqlənmiş layihə-smeta sənədlərinə uyğunluğunu yoxlamaq;
- Aşkarlanan qüsurların vaxtında aradan qaldırılmasını təmin etmək, keyfiyyət və icra gecikmələri üzrə preventiv tədbirlər görmək;
- Tikinti və abadlıq işlərinin mərhələlər üzrə sifarişçiyə təhvil verilməsində iştirak etmək;
- Layihələrin uğurla və vaxtında başa çatdırılmasına dair rəhbərliyə hesabatlar təqdim etmək;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işləri icra etmək.
İş şəraiti
- Rəsmi əmək müqaviləsi;
- Peşəkar və dinamik mühitdə işləmək imkanı;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;
- İş yeri – Zəngilan rayonu.
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
Tələblər
- Ali təhsil: Memarlıq, Landşaft memarlığı, İnşaat mühəndisliyi və ya əlaqəli ixtisaslar üzrə;
- İş təcrübəsi: Landşaft, memarlıq və tikinti sahəsində azı 5-7 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı səviyyədə, Rus dili – arzuolunandır;
- Tikinti normaları, şəhərsalma qaydaları və layihə idarəçiliyi sahəsində biliklər;
- Proqram bacarıqları: MS Office, AutoCAD, ArchiCAD və digər dizayn proqramları;
- Yüksək səviyyədə ünsiyyət, komanda ilə işləmə və layihə idarəetmə bacarıqları;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və layihələri vaxtında və keyfiyyətlə icra etmək bacarığı.