Bakı,
Azərbaycan
09.05.25
-
09.06.25
İş haqqında məlumat
- Layihə rəhbəri və layihə komandasına gündəlik əməliyyat və təşkilati dəstək göstərmək;
- Daxili şöbələr, podratçılar, təchizatçılar və digər maraqlı tərəflər arasında koordinasiyanı təşkil etmək;
- Layihəyə dair sənədlərin hazırlanması və idarə olunmasında iştirak etmək (layihə qrafikləri, iclas protokolları, müqavilələr, texniki spesifikasiyalar, icazələr və yazışmalar);
- Layihə üzrə fəaliyyətlərin statusunu izləmək, cədvəlləri yeniləmək və gecikmələrə nəzarət etmək;
- Daxili və xarici layihə görüşlərini, işçi sessiyaları və sahə səfərlərini təşkil etmək və icrasında iştirak etmək;
- Layihəyə dair sənədlərin düzgün və sistemli arxivləşdirilməsini təmin etmək;
- Satınalma proseslərinə dəstək göstərmək – sifarişlərin, çatdırılma qrafiklərinin və hesab-fakturaların izlənməsi;
- Layihə üzrə hesabatların (proqres hesabatı, büdcə yeniləmələri, risk analizi və s.) hazırlanmasında iştirak etmək;
- Podratçıların və subpodratçıların fəaliyyətini izləmək və tələb olunan sənədlərin vaxtında təqdim olunmasını təmin etmək;
- Resurs planlamasına dəstək göstərmək – əməkdaşlar, avadanlıqlar və material ehtiyaclarının izlənməsi;
- İşçilərin qəbulu, müqavilələrin hüquqi baxımdan tərtibi və uyğunluq məsələləri üzrə HR və hüquq şöbələri ilə əlaqə qurmaq;
- İdarəetmə və rəhbərlik üçün hesabatların hazırlanmasında iştirak etmək;
- Korporativ prosedurlar və layihə idarəetmə çərçivələrinə riayət olunmasına nəzarət etmək.
- Layihə tapşırıqlarını və müddətlərini izləmək, tapşırıq izləmə sistemlərini yeniləmək, gecikmə və uyğunsuzluqları hesabatlandırmaq;
- Gündəlik və həftəlik proqres hesabatlarını hazırlamaq və Layihə Rəhbərinə təqdim etmək;
- İclaslar, sənəd dövriyyəsi, ezamiyyətlər və material təminatı ilə bağlı logistik məsələləri təşkil etmək;
- Daxili şöbələr üzrə layihə ilə əlaqəli açıq məsələlərin izlənməsi və yerinə yetirilməsinə nəzarət;
- Müqavilələrin, hesab-fakturaların və təhvil sənədlərinin yoxlanılması və arxivləşdirilməsi;
- Texniki və inzibati komandalar arasında effektiv kommunikasiya qurmaq;
- İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi.
Tələblər
- Biznesin idarə edilməsi, mühəndislik, tikinti menecmenti və ya əlaqəli sahə üzrə ali təhsil;
- Sənaye, tikinti və ya infrastruktur layihələrində minimum 2–4 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı, Rus dili – arzuolunandır;
- Kompüter bilikləri: MS Office proqramları (Excel, Word, Outlook), layihə idarəetmə alətləri (MS Project, Primavera, Asana və ya Trello), sənəd idarəetmə sistemləri;
- Yüksək təşkilatçılıq, çoxsaylı tapşırıqları paralel idarə etmək və prioritetləşdirmək bacarığı;
- Diqqətlilik və sistemli işləmə vərdişləri;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Təzyiq altında işləmək və qısa müddətlərə uyğunlaşmaq bacarığı.