Norm ASC

Layihə rəhbəri

Ə/h razılaşma ilə
2041
Tam iş günü
Bakı, Azərbaycan
08.05.25 - 08.06.25

İş haqqında məlumat

  • Layihəni şirkətin daxili prosedur və qaydalarına, qüvvədə olan müvafiq qanunvericilik aktlarına və digər qanuni və ya tənzimləyici normalarına uyğun idarə etmək;
  • Layihənin razılaşdırılmış müddətə, ayrılmış büdcə çərçivəsində və tələb olunan keyfiyyətdə həyata keçirilməsini təmin etmək;
  • Layihə üzrə işlər həcmini (ilkin tələblər, müqavilələr, avadanlıqlar və tikinti üzrə spesifikasiya, layihələndirmə sənədləri və s.) planlaşdırmaq, təsdiqləmək və icrasına nəzarət etmək;
  • Tikinti əməliyyatlarını planlaşdırmaq, o cümlədən layihənin iş qrafikinin hazırlanması, proqresin izlənilməsi və nəzarət edilməsinə rəhbərlik etmək;
  • Layihələrin icra statusu barədə mütəmadi olaraq hesabatları hazırlamaq və bütün maraqlı tərəfləri məlumatlandırmaq;
  • Layihə üzrə ehtimal büdcələrin, qiymət cədvəllərinin tərtibatına rəhbərlik etmək və xərcləri layihənin bütün həyat dövrü idarə etmək;
  • Layihə üzrə maraqlı tərəfləri müəyyən etmək, idarəetmə və monitorinqi üzrə işləri təşkil etmək;
  • Layihə üzrə əlaqələndirmə işlərini həyata keçirmək, o cümlədən şirkətdaxili, layihə komandası, sifarişçi, son istifadəçi, podratçı şirkətlər və digər maraqlı tərəflərlə mütəmadi koordinasiya və kommunikasiya işlərini təşkil etmək;
  • Layihə üzrə resursları idarə etmək, o cümlədən işçi qüvvəsi, material, xidmət və avadanlıqların təmin edilməsini təşkil etmək;
  • Layihə üzrə maliyyə axınını planlaşdırmaq və layihənin icrası müddətində təhlil edilməsinə nəzarət etmək;
  • Layihənin bütün maraqlı tərəflərlə mərhələli şəkildə razılaşdırılmasını təmin etmək;
  • Layihənin şirkətin SƏTƏM və Keyfiyyətin idarəedilməsi ilə bağlı siyasət və qaydalarına uyğun həyata keçirilməsini təmin etmək;
  • Layihə üzrə satınalmaları idarə etmək, o cümlədən satınalmaları planlaşdırmaq, həyata keçirilməsinə nəzarət etmək;
  • Sifarişçi və podratçılar ilə müqavilə inzibatçılığı işlərinin icrasına nəzarət etmək;
  • Layihə üzrə dəyişikliklərin kompleks idarə edilməsi və nəzarətini təşkil etmək;
  • Layihə üzrə risklərin müəyyən edilməsi, təhlil edilməsi, tədbirlər planının hazırlanması, icrası və monitorinqi işlərini həyata keçirmək;
  • Tabeçiliyində olan komandanın səmərəli idarəedilməsi, qiymətləndirilməsi və inkişafı ilə bağlı tövsiyələrin verilməsi;
  • Resursların (işçi, maliyyə, material və s.) layihələr arasında səmərəli bölgüsünü təşkil etmək;
  • Layihələrin mənfətliliyini artırmaq üçün səy göstərmək, o cümlədən, lazımi strategiya, alət və üsullardan istifadə etmək;
  • Layihə üzrə idarəetmə sənədləşmə işlərinin təşkil edilməsi, o cümlədən Nizamnamə, İdarəetmə Planları, Dəyişiklik formaları və digər layihə sənədlərinin hazırlanması, təsdiqlənməsi və arxivləşdirilməsini təmin etmək;
  • Gündəlik/həftəlik layihə ilə əlaqədar bütün işlər üzrə planlama və icra yoxlamaları;
  • Layihə çərçivəsində tələb edilən bütün növ toplantılarının təşkili və aparılması;
  • Tikinti meydançasına daimi səfərlər və sahə işlərinin/hesabatlarının yoxlanması;
  • Tərəfdaşlardan gələn hesabatların analizi və düzəlişlər;
  • Layihə ilə əlaqədar günəlik/həfətlik/aylıq və mərhələlər üzrə hesabatlarının rəhbərliyə təqdim edilməsi;
  • Layihədən irəli gələn bütün digər əməliyyatlar;
  • İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi.

Tələblər

  • Biznesin idarə edilməsi, mühəndislik, tikinti menecmenti və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Tikinti layihələrinin idarəedilməsi sahəsində azı 5 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı, Rus dili – arzuolunandır;
  • Kompüter bilikləri: MS Office proqramları (Excel, Word, Outlook), layihə idarəetmə alətləri (MS Project, Primavera, Asana və ya Trello), sənəd idarəetmə sistemləri;
  • Yüksək təşkilatçılıq, çoxsaylı tapşırıqları paralel idarə etmək və prioritetləşdirmək bacarığı;
  • Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər;
  • PMP və ya digər oxşar sertifikatların olması arzuolunandır;
  • Diqqətlilik və sistemli işləmə vərdişləri;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı.


Oxşar vakansiyalar