Bakı,
Azərbaycan
04.09.2025 12:31
-
04.10.2025 12:00
İş haqqında məlumat
- Layihənin planlaşdırılması və icrası, layihənin məqsədlərinə uyğun olaraq ətraflı plan hazırlamaq və onun uğurla həyata keçirilməsini təmin etmək;
- Layihələrlə bağlı potensial riskləri müəyyənləşdirmək, qiymətləndirmək və onların qarşısını almaq üçün strategiyalar;
- Layihə fəaliyyətlərini və resursları koordinasiya etmək;
- Layihə sənədlərinin hazırlanması və saxlanılmasında iştirak etmək (planlar, hesabatlar, cədvəllər və s.);
- Layihələrin gedişatını izləmək və aidiyyəti tərəflərə məlumat vermək;
- Layihə mərhələləri, risklər və problemlərlə bağlı düzgün sənədləşmə aparmaq;
- Görüşlərin təşkili və protokolların hazırlanması;
- Müştərilərlə tələblərin, əhatə dairəsinin və məqsədlərin müəyyən olunmasında əməkdaşlıq etmək;
- Müvafiq layihə tapşırıqlarının düzgün formalaşdırılması və icrasına nəzarət etmək;
- Layihələrin yerinə yetirilməsi zamanı şirkət siyasətləri və tənzimləyici normalara uyğunluğun izlənməsi;
- Mövcud informasiya sistemlərinə dəstəyin verilməsi, yeni formalaşan tələblərin tətbiqi;
- Rəhbərliyin tələb etdiyi hesabatların vaxtında hazırlanıb təhvil verilməsi. digər tapşırıqlarının yerinə yetirilməsi.
İş Şərtləri:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş qrafiki / İş saatı 09:00-dan 18:00-dək:
- Nahar fasiləsi 13:00-dan-14:00-dək.
- Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək;
- Metroya yaxın məsafədən şirkətin servis xidməti fəaliyyət göstərir.
Üstünlüklərimiz:
- İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
- Karyera irəliləyişlərində yaradılan imkanlar;
- Təlimlərdə iştirak;
- Konüllü tibbi sığorta ilə təmin edilmə (3 ay sonra) ;
- Korporativ nömrə,danışıq limiti.
Tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə Layihə Meneceri qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Tələblər
- Mühəndislik, İnformasiya Texnologiyaları və ya oxşar sahədə bakalavr dərəcəsi;
- 1–3 il İT layihə koordinatoru və ya İT biznes analitik sahəsində təcrübə.
- Layihə idarəetməsi prinsipləri haqqında biliklər (məs. PMBOK və ya Agile əsasları);
- İnfrastruktur layihələri (İT infrastruktur, təhlükəsizlik və videomüşahidə sistemləri) və proqram təminatı /rəqəmsal layihələrdə təcrübə;
- Microsoft Office proqramlarında (Excel, Word, PowerPoint) və layihə izləmə alətlərində işləmək bacarığı (MS Project, Jira, Asana və ya oxşar);
- Mükəmməl Azərbaycan dili biliyi (ingilis dili işgüzar səviyyədə);
- Vaxtın idarə olunması bacarıqları, yaxşı ünsiyyət və komanda ilə işləmək qabiliyyəti Məxfilik prinsiplərinin qorunması;
- Problemləri həll etmə bacarığı və detallara diqqət.