Bakı,
Azərbaycan
10.09.2025 04:34
-
10.10.2025 12:00
İş haqqında məlumat
- Öz birbaşa rəhbəri tərəfindən daxil olan layihəni araşdırır;
- Layihəni tərtib olunması üçün Cəmiyyətin istənilən əməkdaşına sorğu göndərə bilər;
- Layihələrin hazırlıq və icra planını ardıcıllığını tərtib edir, nəzarət nöqtələrini təyin edir;
- Görülən işlərin tərkibini təyin edir, onların icra müddətini, bir-biri ilə əlaqəsini araşdırır və layihənin həyata keçirilməsinin tam vaxtını müəyyən edir;
- Layihənin tam yerinə yetitilməsi üçün lazım olan ehtiyyatların sayını və qiymətini təyin edir;
- Layihənin büdcəsini təyin edir və onu qiymətləndirir;
- Layihənin həyata keçirilməsində iştirak edən bölmələrin və əməkdaşların məsuliyyətini, peşəkarlıq vərdişlərinə görə layihənin işçi qrupunu təyin edir;
- Layihədə şəbəkənin inkişafı nəzərdə tutulursa,
- Layihə haqqında məlumatların vaxtında toplanmasını, yayımını, saxlanmasını və gələcəkdə istifadə olunmasını təmin edir;
- Hazırlanmış layihəni özünün birbaşa rəhbərinə təqdim edir;
- Rəhbəri tərəfindən yenidən işlənmək üçün geri qaytarılmış layihəyə dəyişiklik və ya düzəlişlər etməklə yenidən hazırlayir və təsdiq üçün birbaşa rəhbərinə təqdim edir;
- Layihənin vaxtında işlənib həyata keçirilməsinə və büdcəsindəki dəyişikliklərə nəzarət edir;
- Plandan yayınmalara nəzarət edir, müvafiq tənzimləmələr edir və layihənin bütün iştirakcıları ilə razılaşdırır;
- Layihənin ümumilikdə həyata keçirilməsində mümkün ola biləcək kənaraçıxmaları analiz edir;
- Özünün birbaşa rəhbərinin xüsusi xidməti tapşırıqlarını yerinə yetirir.
- Beynəlxalq tərəfdaşlarla birgə layihələrdə tətbiq olunan qiymətləndirmə proseslərini müşahidə edir, istifadə olunan metodologiya və sənədləşdirmə tələblərini öyrənir və gələcək layihələrdə tətbiq edir;
- Peşəkar inkişaf çərçivəsində beynəlxalq sertifikasiya imtahanına hazırlaşır və uğurla sertifikatları əldə edir.
Şəxsi keyfiyyətlər:
- Tez ünsiyyət tapan;
- Diqqətli;
- Cavabdehlik bacarığı;
- Məqsədyönlülük;
- Təşkilatçılıq bacarığı;
- Yeni bilikləri tez mənimsəmə və tətbiq etmə bacarığı;
- Özünü inkişaf etdirməyə motivasiya.
Əlavə məlumatlar:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- İş qrafiki: 5 günlük iş qrafiki.
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Layihə şöbəsinin mütəxəssisi” sözünü qeyd edərək Müraciət Et düyməsində göstərilən e-ünvanına göndərsinlər.
Tələblər
- Ali texniki təhsil;
- Komputerlə işləmə bacarığı ;
- Azərbaycan, rus və ingilis dillərini bilməli;
- Bu sahədə 3-ildən az olmayan iş fəaliyyəti;
- Yeni metodologiyaları öyrənməyə maraq.