
.jpg)
İş haqqında
Əsas vəzifə öhdəlikləri
Müxtəlif sahələr üzrə layihələrin planlaşdırılması, təşkili, həyata keçirilməsi və icra prosesinə nəzarətin təmin edilməsi;
Layihələrin məqsədlərinin, fəaliyyət planlarının, icra müddətlərinin və büdcələrinin müəyyənləşdirilməsi;
Layihələr çərçivəsində tərəfdaşlar, sponsorlar, şirkətlər və digər maraqlı tərəflərlə əməkdaşlığın qurulması və əlaqələndirilməsi;
Layihələrin icra vəziyyətinin mütəmadi izlənilməsi, əldə olunan nəticələrin təhlili və müvafiq hesabatların hazırlanması;
Forum, konfrans, seminar, master-klass, təqdimat və digər korporativ tədbirlərin konseptinin işlənib hazırlanması və təşkil edilməsi;
Tədbirlərin ilkin planlaşdırma mərhələsindən yekun icrasınadək bütün təşkilati işlərin koordinasiyası və idarə olunması;
Tədbirlərdən sonra nəticələrin qiymətləndirilməsi, iştirakçı rəylərinin əldə edilməsi və yekun hesabatların tərtib edilməsi.
Namizədə tələblər
Ali təhsil;
Layihə idarəetməsi və ya tədbirlərin təşkili sahəsində ən azı 2 il iş təcrübəsi;
Event management və tədbirlərin koordinasiyası istiqamətində praktiki bilik və təcrübə;
Tərəfdaşlar, şirkətlər, təchizatçılar və müxtəlif auditoriyalarla səmərəli ünsiyyət qurmaq bacarığı;
Yüksək təşkilatçılıq, koordinasiya və komanda idarəetmə bacarıqları;
MS Office proqramlarından istifadə etmək bacarığı;
Çevik qərarvermə, problemlərin həlli və eyni zamanda bir neçə işi idarə etmək (multitasking) qabiliyyəti;
Məsuliyyətli, təşəbbüskar və nəticə əldə etməyə fokuslanan olmaq.
Üstünlük hesab olunur
Təhsil, biznes və korporativ layihələrin həyata keçirilməsində təcrübə;
Sponsorlarla iş və tərəfdaşlıq əlaqələrinin qurulması sahəsində təcrübə;
Dövlət və özəl sektor üzrə layihələrin idarə olunması təcrübəsi;
Layihə idarəetmə alətləri və metodologiyaları haqqında biliklər.
Biz nə təklif edirik?
Peşəkar və dinamik komandada işləmək imkanı;
Müxtəlif miqyaslı layihə və tədbirlərin təşkilində iştirak;
Peşəkar inkişaf, bilik və təcrübənin artırılması üçün imkanlar.

.jpg)


