hrin.az
Reklam
Marine Technical Solutions QSC

Layihələrin İdarə Edilməsi üzrə Menecer

Marine Technical Solutions QSC

Əmək haqqı: Razılaşma

135312 noyabr 2026
Təcrübə1 ilə qədər
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriProfessional
TəhsilÜmumi-orta
Azərbaycan diliƏla
Rus diliƏla
İngilis diliƏla

İş haqqında

Marine Technical Solutions şirkəti komandamıza qoşulmaq üçün peşəkar, məsuliyyətli və nəticəyönümlü Layihələrin İdarə Edilməsi üzrə Menecer axtarır.

İş yeri: Bakı şəhəri, Salyan şosesi 2.

Vəzifə öhdəlikləri

  • Şirkətin həyata keçirdiyi layihələrin planlaşdırılması və idarə olunması;
  • Layihələrin müəyyən edilmiş müddət və büdcə çərçivəsində icrasına nəzarət;
  • Layihə komandalarının fəaliyyətinin koordinasiyası;
  • Xarici və yerli tərəfdaşlarla işgüzar əlaqələrin qurulması;
  • Müştərilər və təchizatçılarla effektiv kommunikasiyanın təmin edilməsi;
  • Layihələrin gedişatı üzrə hesabatların hazırlanması;
  • Risklərin müəyyən edilməsi və operativ həll yollarının tətbiqi;
  • Rəhbərliyə layihələrin icra vəziyyəti barədə mütəmadi məlumat verilməsi.

Namizədə tələblər

  • Layihələrin idarə edilməsi sahəsində müvafiq iş təcrübəsi;
  • İngilis dili – əla səviyyədə (şifahi və yazılı);
  • Rus dili – yaxşı səviyyədə;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Güclü təşkilatçılıq və kommunikasiya bacarıqları;
  • Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
  • Komanda idarəetmə və koordinasiya bacarıqları;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Salyan şosesi 2;
  • Peşəkar və dinamik iş mühiti;
  • Maraqlı layihələrdə iştirak imkanı;
  • Əməkhaqqı: Namizədin bilik, bacarıq, peşəkar təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən ediləcək.
Reklam