.png)
63019 oktyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş18+
SürücülükYoxdur
Hərbi xidmətXidmətdən azad
Kompüter bilikləriOrta
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliOrta
İngilis diliOrta
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş18+
SürücülükYoxdur
Hərbi xidmətXidmətdən azad
Kompüter bilikləriOrta
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliOrta
İngilis diliOrta
İş haqqında
Vəzifənin məqsədi
- -Layihə
Menecerinin əsas məqsədi tikinti layihələrinin müqavilə şərtlərinə, təsdiq
edilmiş qrafikə, büdcəyə, keyfiyyət və əməyin mühafizəsi tələblərinə uyğun
icrasını təmin etmək, resursları səmərəli idarə etmək və layihənin
vaxtında tamamlanmasına nail olmaqdır.
Əsas vəzifə və öhdəliklər
- -Tikinti layihəsinin planlaşdırılması, təşkili və gündəlik icrasına ümumi rəhbərlik etmək.
- -Layihənin iş qrafikini razılaşdırmaq, icrasına nəzarət etmək və gecikmə riskləri yarandıqda qabaqlayıcı tədbirlər görmək.
- -Satınalma prosesinin vaxtında planlaşdırılmasını və material, avadanlıq və xidmətlərin iş qrafikinə uyğun sahəyə çatdırılmasını təmin etmək.
- -Tikinti sahəsində çalışan Tikinti Rəhbəri, mühəndislər, briqadalar, subpodratçılar və təchizatçılar arasında səmərəli koordinasiyanı təmin etmək.
- -Layihənin müqavilə çərçivəsində icrasına, iş həcmlərinə və əlavə işlərin düzgün müəyyənləşdirilməsinə nəzarət etmək.
- -Layihənin faktiki gedişatını planla müqayisə etmək, mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
- -Layihə üzrə insan resurslarının, tikinti texnikasının və materialların səmərəli istifadəsini təmin etmək.
- -Görülmüş işlərin keyfiyyətinə, texniki sənədləşməyə və gizli işlərin müvafiq qaydada rəsmiləşdirilməsinə nəzarət etmək.
- -Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit tələblərinə riayət olunmasını təmin etmək.
- -Sifarişçi, layihəçi, texniki nəzarət və digər maraqlı tərəflərlə işgüzar əlaqələri və operativ koordinasiyanı həyata keçirmək.
- -Layihə üzrə yaranan problemləri vaxtında müəyyən etmək, riskləri qiymətləndirmək və həll yollarını təklif etmək.
- -Layihənin
təhvil-təslim prosesini, icra sənədlərinin və faktiki vəziyyətə uyğun
(As-Built) sənədlərin tamamlanmasını koordinasiya etmək.
Namizədə tələblər
- -Tikinti mühəndisliyi, mülki tikinti və ya müvafiq sahə üzrə ali təhsil.
- -Tikinti layihələrinin idarə edilməsi üzrə minimum 3 il iş təcrübəsi.
- -Tikinti sahəsində işlərin təşkili, iş qrafiklərinin idarə edilməsi və resurs planlaşdırılması üzrə praktiki biliklər.
- -Satınalma və material təminatının planlaşdırılması, subpodratçıların koordinasiyası üzrə təcrübə.
- -Tikinti çertyojlarını, texniki spesifikasiyaları və müqavilə sənədlərini oxumaq və təhlil etmək bacarığı.
- -MS Office və AutoCAD proqramları ilə yaxşı işləmək bacarığı; MS Project və Primavera P6 planlaşdırma proqramlarını bilmək üstünlükdür.
- -Azərbaycan dilində sərbəst ünsiyyət və hesabat hazırlamaq bacarığı; ingilis və rus dillərini bilmək üstünlükdür.
- -Liderlik, təşkilatçılıq, problem həll etmə və qərarvermə bacarıqları.
- -Nəticəyönümlülük,
məsuliyyətlilik və işləri vaxtında tamamlamaq bacarığı.
İş şəraiti
- -Peşəkar komandada işləmək imkanı.
- -Müxtəlif tikinti layihələrinin idarə edilməsində iştirak.
- -Əməkhaqqı namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.
