hrin.az
Reklam
Metdizayn

Layihəçi mühəndis

Metdizayn

Əmək haqqı: Razılaşma

122305 noyabr 2026
TəcrübəYoxdur
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliBaşlanğıc
İngilis diliYaxşı

İş haqqında

Metdizayn MMC Bakı ofisimizdə zəif axım sistemlərinin layihələndirilməsi üçün Layihəçi mühəndis əməkdaş axtarılır.

Vəzifə öhdəlikləri:

  • Müxtəlif təyinatlı bina və qurğuların zəif axım sistemlərinin (yanğın siqnalizasiya, videomüşahidə, telekommunikasiya, fövqəladə hallar zamanı səsləndirmə və musiqi, kartlı keçid, turniket və digər mühafizə sistemləri, zəhərli, kimyəvi qazların, mayelərin monitorinq sistemi və s.) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) tələblərinə və qüvvədə olan normativ standartlara (AzDTN, EQQQ, Snip və s.), eləcədə avropa və beynəlxalq standartlara (EN, BS, NFPA, TIA, IEC və s.) uyğun layihələndirilməsi ;
  • Layihələrin təqvim planlamasının aparılması;
  • Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırılması prosesində iştirak etmək ;
  • Layihə sənədlərinin azərbaycan, ingilis, zərurət yarandıqda rus dilində hazırlanması ;

Namizədə tələblər:

  • Elektrik, MEP, tikinti və ya əlaqəli texniki ixtisas üzrə təhsil;
  • AutoCAD və Microsoft Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
  • Revit proqramında işləmək bacarığı;
  • B1/B2 səviyyəsində ingilis dili biliyi ;
  • Komandalarla, komanda yoldaşları ilə koordinasiyalı şəkildə işləmək və verilmiş tapşırıqları müəyyən olunmuş müddətdə yerinə yetirmək ;

Üstünlük hesab olunur:

  • Zəif axım sistemləri ilə bağlı dizayn və hesabat proqramlarda işləmək;
  • Böyükmiqyaslı yaşayış, kommersiya və ya sənaye layihələrində təcrübə;
  • Navisworks ilə işləmə təcrübəsi;
  • Rus dili və digər dil bilikləri;

Ümumi məlumat:

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: 5 gün/ 09:00 – 18:00
  • Nahar fasiləsi: 13:00 – 14:00
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.
Reklam