Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu

Layihələrin İdarəolunması üzrə Koordinator (Baş Mühəndis Köməkçisi)

Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu
Ə/h razılaşma ilə
174
Tam iş günü
Bakı, Azərbaycan
05/10/2026 - 19/10/2026

İş haqqında məlumat

  • Baş mühəndis rəhbərliyi altında layihələrin idarə edilməsi prosesinə yaxından dəstək göstərmək;
  • Layihələndirilən obyektə dair tələbləri müəyyən etmək;
  • Layihələrin icrası ilə bağlı sənədlərin (qiymət təklifi, layihə tapşırığı, məktublar, təhvil-təslim aktları, arayışlar, hesabatlar və s.) hazırlanmasını və müvafiq qaydada rəsmiləşdirilməsini təşkil etmək;
  • Layihənin miqyası, iş həcmi və icra müddətinə əsasən iş bölgüsünü aparmaq, iş qrafikini hazırlamaq və onun icrasına nəzarət etmək;
  • Layihələndirmə və tikinti prosesində sifarişçi, podratçı, layihəçilər və müqavilə əsasında cəlb olunan kənar mütəxəssislər arasında koordinasiyanı təmin etmək;
  • Layihə iştirakçıları və müxtəlif bölmələr iştirakçılar arasında məlumat mübadiləsini və koordinasiyasını təşkil etmək;
  • Layihənin icra vəziyyətini izləmək, işlərin müəyyən edilmiş müddətlərə uyğun olaraq yerinə yetirilməsinə nəzarət etmək və yaranan məsələlərin aidiyyəti şəxslərlə koordinasiyasını təmin etmək;
  • Layihə-smeta sənədlərinin qüvvədə olan normativ tələblərə, texniki şərtlərə və layihə tapşırığına uyğunluğunu yoxlamaq;
  • Layihələrin aidiyyəti dövlət qurumları və təşkilatlarla razılaşdırılması prosesini koordinasiya etmək;
  • Layihələrin ekspertiza prosesini izləmək, bu çərçivədə qaldırılan məsələlərin aidiyyəti layihəçilər tərəfindən həllini koordinasiya etmək və müvafiq rəylərin alınmasını təmin etmək;
  • Layihə üzrə daxil olan məktub, irad, rəy və digər sənədlərin aidiyyəti şəxslərə yönləndirilməsini təmin etmək, həmçinin onların cavablandırılması prosesini izləmək;
  • Layihələrin icra vəziyyəti barədə rəhbərliyə mütəmadi məlumat və hesabatlar təqdim etmək.

Tələblər

Namizəd bilməlidir:

  • Layihələndirmə metodlarını;
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları, texniki şərtləri və digər rəhbər materialları;
  • Layihələrin idarə edilməsi və layihələndirmə proseslərinin təşkili prinsiplərini;
  • Layihələndirmə və tikinti sahəsində qabaqcıl təcrübəni;
  • Tikinti və layihələndirmə sahəsinə aid normativ-texniki sənədləri və əsas tələbləri;
  • Layihə-smeta sənədlərinin hazırlanması, rəsmiləşdirilməsi və təqdim edilməsi qaydalarını;
  • Layihələrin aidiyyəti qurumlarla razılaşdırılması və ekspertiza prosesinin təşkili prinsiplərini;
  • Layihələrin planlaşdırılması, iş bölgüsünün aparılması və icra müddətlərinin izlənilməsi metodlarını;
  • Sənədləşmə, yazışma və layihə arxivinin təşkili qaydalarını.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Layihələrin idarə edilməsi və ya layihələndirmə sahəsində ən azı 5 il iş təcrübəsi;
  • Layihələndirmə prosesləri və layihə-smeta sənədləri ilə işləmək təcrübəsi;
  • Tikinti norma və qaydalarına dair biliklər;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı;
  • AutoCAD proqramında işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl bilməli (rus və ingilis dili bilikləri arzuolunandır);
  • Sənədlərlə işləmə və koordinasiya bacarığı;
  • Bir neçə layihəni eyni vaxtda idarə etmək və prioritetləri müəyyənləşdirmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Yüksək kommunikasiya və təşkilatçılıq bacarığı.

Ümumi məlumat:

  • İş yeri: Bakı şəhəri;
  • İş rejimi: 5 günlük iş həftəsi/ 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00 – 14:00;
  • Əməkhaqqı: Müsahibə əsasında təyin ediləcəkdir;
  • İşəqəbul: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilir.