

45902 noyabr 2026
Təcrübə3-5 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş18-65
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur
Təcrübə3-5 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş18-65
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur
İş haqqında
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Layihələrin koordinasiyası üzrə menecer vəzifəsi üzrə vakansiya elan olunur.
Vəzifə öhdəlikləri
- Gündəlik fəaliyyətlərin təşkili və koordinasiyasını təmin etmək;
- Komandanın idarə olunmasını və iş bölgüsünün aparılmasını həyata keçirmək;
- Sənədlərin arxivləşdirilməsinə və sənəd dövriyyəsinə nəzarət etmək;
- Layihə ilə bağlı hesabat və məlumatları hazırlamaq, şöbələr arasında məlumat mübadiləsini təmin etmək;
- Layihə üzrə ilkin iş həcmləri ilə tanış olmaq, faktiki icranı monitorinq etmək və nəzarətdə saxlamaq;
- İlkin və faktiki koordinatları Google Earth və Global Mapper proqramlarında emal etmək;
- Quyularda əyilmə, sürüşmə və kernin yatım istiqamətinin təyin edilməsi üçün sahədən daxil olan məlumatları Reflex EZ-Track, Excel və Inclino proqramlarında emal və təhlil etmək;
- Sukeçiricilik, Packer, pressiyometr, datalogger, vibropiezometr, dipmeter və digər sahə testlərinə aid sənədləri emal etmək;
- Sahədən göndərilən kern yeşikləri və nümunələr üzrə təhvil-təslim aktlarını qəbul etmək və müvafiq sənədlərin mövcudluğunu təmin etmək;
- Sahə məlumatlarını və sənədləri təhlil etmək, zərurət yarandıqda məlumatları sahə əməkdaşları ilə dəqiqləşdirmək;
- Hesab-fakturaların və təhvil-təslim sənədlərinin hazırlanması üçün faktiki iş həcmlərinə dair cədvəllər tərtib etmək.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil arzuolunandır;
- Layihələrin koordinasiyası, sənədləşmə və hesabatların hazırlanması sahəsində minumum 2-4 il təcrübə;
- MS Excel və digər MS Office proqramları ilə işləmək bacarığı;
- Google Earth və Global Mapper proqramlarında işləmək bacarığı;
- Texniki sənədlərlə və sahə məlumatları ilə işləmək bacarığı;
- Analitik düşünmə, diqqətlilik və detallara həssas yanaşma;
- Komandada işləmək, işləri planlaşdırmaq və vaxtında icra etmək bacarığı;
- Məsuliyyətlilik və ünsiyyət bacarıqları.
Əmək şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- İş qrafiki: 6 günlük
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaqdır


