Bakı,
Azərbaycan
15/04/2026
-
29/04/2026
İş haqqında məlumat
- Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
- Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
- Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
- Müfəssəl planlar,baş planların relyefinin təşkili və topraq kütləsi planın hesabatının icra edilməsi;
- İlkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
- Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan tərəfləri idarə etmək;
- Layihənin tender prosesinə texniki dəstək vermək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
- Tamamlanmış layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin etmək;
- Layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Layihə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək;
- Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
İş şəraiti
- İş yeri: Bakı
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.
- İş qrafiki: I-V günlər,
Tələblər
- Yaş: 35- 55 yaş;
- Memarlıq sahəsində ali təhsil.
- Memarlıq sahəsində ən azı 8 il iş təcrübəsi.
- AutoCAD, Revit, SketchUp, 3ds Max, Photoshop və digər memarlıq proqramlarında yüksək işləmə bacarığı.
- Yaradıcı və yeni dizayn konsepsiyalarını yaratmaq bacarığı.
- Layihələndirmə bacarıqları - layihələrin eskizlərini, planlarını və 3D modellərini hazırlamaq bacarığı.
- Komanda daxilində effektiv işləmə və ünsiyyət bacarıqları.
- Azərbaycan dili ilə yanaşı, ingilis və ya rus dillərini bilmək arzuolunandır.
- Punktual və məsuliyyətli olması;
- Komanda ilə işləmək bacarığı;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.