Bakı,
Azərbaycan
08.10.2025 02:25
-
08.11.2025 12:00
İş haqqında məlumat
- Logistik xidmətlər (terminal, avto və dəmiryol daşıması, anbar xidməti, gömrük rəsmiləşdirməsi) üzrə nəqliyyatçı bazasını formalaşdırmaq və onlardan xidmət alışını təmin etmək;
- Müştərilərlə işin təşkili, onların tələblərinə uyğun xidmətlərin təmin edilməsi və qiymətin formalaşdırılması;
- Müştəri sifarişi üzrə daşımaların həyata keçirilməsi və gedişatın izlənməsi;
- Logistik xidmətlər üzrə əməliyyatların uçotunun aparılması;
- Müştərilərlə və podratçılarla dövrü üzləşmələrin aparılması;
- Fəaliyyət ilə bağlı hesabatların hazırlanması və mərkəzi ofisə təqdim edilməsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 08 noyabr 2025-ci il tarixidir.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Logistika üzrə menecer” (xarici ölkə üzrə) şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Tələblər
- Ali təhsil;
- Logistika sahəsində minimum 5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili, Rus və İngilis dillərini səlis bilməli;
- Ezamiyyələrə açıq olmalı;
- Xaricdə fəaliyyət göstərmək imkanları olmalı.
Peşəkarlıq tələbləri:
- Dəqiqlik;
- Təqdimat bacarığı;
- Satış bacarığı;
- Analitik və strateji düşünmə qabiliyyəti,
- Ünsiyyətcil, işgüzar, səlis və aydın danışıq qabiliyyətinin olması;
- Prosesləri, situasiyanı və heyəti idarə etmək bacarıqları.