MG Transport

Logistika üzrə Satış Mütəxəssisi

MG Transport
1000 - 2000 ₼
289
Tam iş günü
Bakı, Azərbaycan
08.10.2025 02:15 - 08.11.2025 12:00

İş haqqında məlumat

  • Yeni potensial müştərilərin axtarışı,cəlb edilməsi,;
  • Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
  • Müştərilərlə görüşlər təyin etmək və görüş zamanı təqdimatlar keçirmək;
  • Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
  • Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq satış sənədlərinin hazırlanması;
  • Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
  • Müştəridən daxil olan sorğuların və sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili;
  • Təkliflərin müştərilərə təqdim edilməsi və izlənilməsi;
  • Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq hesabatların verilməsi;
  • Müştərilərlə qarşılıqlı əlaqələrin qurulması və tələblərin yerinə yetirilməsi,
  • Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;
  • Rəqiblər və bazar tendensiyaları barədə məlumat toplamaq və analiz aparmaq, satış strategiyalarını təkmilləşdirmək;
  • Müştəri məmnuniyyətinin artırılması üçün əlavə xidmətlərin və kampaniyaların hazırlanmasında iştirak etmək və ya təkliflər hazırlamaq;
  • Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
  • Müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq və satış sonrası əlaqəni qorumaq;
  • Satış müqavilələrinin hazırlanması, imzalanması və icrasına nəzarət etmək;
  • Ödəniş sənədlərinin (invoys,akt və s.) hazırlanması, imzalanması və müştəriyə göndərilməsinə nəzarət etmək;
  • Şirkət daxili təklif və qiymət formalarının hazırlanmasına və koordinasiyasına nəzarət etmək, bazar proseslərini dərindən təhlil etmək;
  • Müştəri münasibətlərinin idarəsi – uzunmüddətli tərəfdaşlıq qurmaq və məmnuniyyəti qorumaq;
  • Gündəmi izləmək, analiz etmək və yüksək qiymət araşdırması aparmaq qabiliyyəti;
  • Şirkətə aid məlumatın məxfiliyinin qorunması.

İş şəraiti:

  • Əmək məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: Həftədə 5 gün, saat 09:00-18:00, nahar fasiləsi 1 saat;
  • Əmək haqqı 1000 - 2000 AZN (müsahibə əsasında işçinin bilik, bacarığı və təcrübəsi əsasında müəyyənləşdiriləcək).

Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Logistika üzrə Satış mütəxəssis” yazaraq CV göndərməklə müraciət edə bilərlər.

Tələblər

  • Təhsil: Ali;
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər;
  • Yaş: 23-35;
  • Ali təhsil. (Logistika, Biznesin idarə edilməsi və ya əlaqəli sahələrə üstünlük verilir);
  • Korporativ satış üzrə minimum 3 illik satış təcrübəsi.( Beynəlxalq logistika və gömrük prosedurları üzrə satışa üstünlük verilir);
  • Rus dili biliyi vacibdir.,Ingilis dili arzuolunandı;
  • Müştəri portfeli formalaşdırmaq təcrübəsi;
  • Yerli bazar dinamikasını, rəqib mühitini və qiymət tendensiyalarını təhlil etmək bacarığı;
  • Satış planlarını hazırlamaq, icra etmək, aylıq həftəlik hesabatlar təqdim etmək bacarığı;
  • Müştəri ehtiyaclarını analiz etmək və fərdi təkliflər hazırlamaq təcrübəsi;
  • Danışıqlar aparmaq, müqavilə şərtlərini razılaşdırmaq və bağlamaq bacarığı;
  • Kompyuter bilikləri Microsoft Office (Excel,Word, Out look və s);
  • Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmaq və təqdimat etmə bacarıqları;
  • Planlama və prioritetləşdirmə – çoxsaylı layihə və hədəfləri effektiv idarə etmək;
  • Stressə davamlılıq və operativlik – fövqəladə şəraitdə çevik və düzgün qərar vermək.