Bakı,
Azərbaycan
11/11/2025
-
11/12/2025
İş haqqında məlumat
- Logistika işinin təşkili və idarə edilməsinə köməklik göstərmək;
- Sorğuları telefon və mail vasitəsilə qəbul etmək və cavablandırmaq
- Nəqliyyat və gömrük sənədləri ilə iş, bütün zəruri icazələri hazırlamaq;
- Rəhbərliyin tələbinə əsasən illik, rüblük və aylıq hesabatların hazırlanmasında iştirak etmək.
- Logistika ilə bağlı məlumatları Logo proqramına daxil etmək;
- Yük və məhsul hərəkətinin sistemdə qeydiyyatını aparmaq, hesabatlar hazırlamaq.
- Şirkətə məxsus avtomobillərin cərimə hesabatlarının hazırlanması və analizi;
- Karguzarlıq işlərini icra etmək;
İş şərtləri:
- Əməkhaqqı: 1500-1800 AZN (müsahibə əsasında işçinin bilik, bacarığı və təcrübəsi əsasında müəyyənləşdiriləcək)
- İş vaxtı: 6 günlük iş rejimi 09:00 - 18:00
- Korporativ nömrə ilə təmin olunur
- Ünvan: Şövkət Məmmədova 23 küçəsi, Azadlıq metrosunun yaxınlığı.
Göstərilən tələblərə cavab verən namizədlər Cv-lərini mövzu yerinə “Logistika üzrə menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlərs
Tələblər
- İş təcrübəsi: Müvafiq sahə üzrə 3-5il;
- Təhsil: Ali təhsil (Logistika, Biznesin idarə edilməsi və ya əlaqəli sahələrə üstünlük verilir);
- Cinsi: Bəy namizədlərə üstünlük verilir;
- Yaş: 30-50
- Güclü təşkilatçılıq və analitik düşünmə qabiliyyəti;
- Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmaq və təqdimat etmə bacarıqları
- Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərində ünsiyyət bacarığı üstünlükdür.
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Məsuliyyətlilik, operativlik, komandada işləmək və analiz etmək bacarığı;