Logistika üzrə Satış Meneceri (Startup mühiti)
Caspian Logistics and Customs Service
Ə/h razılaşma ilə
610
Tam iş günü
Bakı,
Azərbaycan
02/04/2026
-
16/04/2026
İş haqqında məlumat
Biz sürətlə böyüyən logistika komandasıyıq və bazarda daha güclü mövqe tutmaq üçün enerjili, təşəbbüskar və nəticəyönümlü satış meneceri axtarırıq.
Əgər sən klassik iş deyil, real təsir göstərə biləcəyin və böyüməyə birbaşa təsir edəcəyin mühit axtarırsansa – bu rol sənin üçündür.Sənin əsas missiyan:
- Yeni müştərilər tapmaq və satışları artırmaq;
- Logistika xidmətlərini bazarda aktiv şəkildə tanıtmaq;
- Müştərilərlə uzunmüddətli və güvənli münasibətlər qurmaq;
- Satış strategiyasına real töhfələr vermək;
- Bazar imkanlarını tapmaq və yeni istiqamətlər açmaq.
Nələr edəcəksən:
- Satış funnel (pipeline) qurmaq və idarə etmək;
- Kommersiya təklifləri hazırlamaq və bağlama (closing) etmək;
- Müştərilərlə görüşlər və təqdimatlar keçirmək;
- Xarici tərəfdaşlarla işləmək;
- Logistika həllərini müştəriyə uyğun şəkildə formalaşdırmaq;
- Satış nəticələrini analiz edib inkişaf yolları təklif etmək.
Nə qazanacaqsan:
- Bonus sistemi (satış nəticələrinə əsasən limitsiz qazanc potensialı);
- Sürətli karyera inkişafı;
- Startup mühiti – sərbəstlik, çeviklik və ideyalarına dəyər;
- Güclü networking və beynəlxalq əlaqələr.
İş şəraiti
- İş rejimi: Qeyri-normativ iş qrafiki
- Əmək haqqı: Fix + bonus (razılaşma yolu ilə)
Tələblər
- Yaş məhdudiyyəti yoxdur;
- Logistika və ya satış sahəsində minimum 1 il təcrübə;
- Rus dili mütləqdir, İngilis dili üstünlükdür;
- “Problem yox, həll gətirən” düşüncə tərzi;
- Aktiv, təşəbbüskar və nəticə fokuslu yanaşma;
- Güclü kommunikasiya və satış bacarığı;
- Yeni müştəri tapmaqdan çəkinməyən (cold call / outreach rahatlığı).
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.