Bakı,
Azərbaycan
13/11/2025
-
13/12/2025
İş haqqında məlumat
Saat Store MMC komandamıza mağazanın fəaliyyətinə nəzarət edəcək, satış hədəflərinin icrasını təmin edəcək və komandaya liderlik göstərə biləcək Mağaza Meneceri axtarırıq.
- Mağazanın gündəlik fəaliyyətinə nəzarət etmək;
- Satış planının yerinə yetirilməsini təmin etmək;
- Komandanın idarə olunması, motivasiyası və iş bölgüsünün aparılması;
- Müştəri məmnuniyyətinin yüksək səviyyədə qorunması;
- Satış hesabatlarının hazırlanması və analiz edilməsi;
- Malların düzgün yerləşdirilməsi, stokun idarə olunması və tədarükə nəzarət;
- Müştəri şikayətlərinin operativ həlli.
Biz təklif edirik:
- Stabil əmək haqqı və satışdan bonuslar;
- Rahat və motivasiyalı iş mühiti;
- Peşəkar və şəxsi inkişaf imkanları;
- Karyera yüksəlişi və təlimlərdə iştirak imkanı.
İş şəraiti
- Ünvan: Nizami 92
- İş qrafiki: 9 saatlıq
- Əmək haqqı: 800–1500 AZN
CV-lərinizi mövzu hissəsində “Mağaza Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Tələblər
- Mağaza və ya satış idarəçiliyi sahəsində minimum 2 il təcrübə;
- Excel biliklərinin yaxşı səviyyədə olması (hesabat və analiz üçün);
- Liderlik, təşkilatçılıq və motivasiya bacarığı;
- Satış yönümlü düşüncə və ünsiyyət bacarığı;
- Məsuliyyətli, operativ və nəticəyə fokuslanan yanaşma;
- Komandada işləmək və qərarvermə qabiliyyəti.