Bakı,
Azərbaycan
16.10.2025 09:23
-
16.11.2025 12:00
İş haqqında məlumat
- Mağazanın xərclərini, stokunu və sifarişlərini düzgün idarə etmək;
- Satış hədəflərinə çatmaq üçün proseslərin optimallaşdırılmasını təmin etmək;
- Satış komandasını motivasiya edərək müştəri məmnuniyyətini artırmaq;
- Rəqib mağazalar üzrə qiymət və məhsul araşdırmaları aparmaq, rəhbərliyə təkliflər vermək;
- Əməkdaşların təklif və şikayətlərini dinləmək, uyğun tədbirlər görmək;
- Müştərilərlə nəzakətli ünsiyyət və məhsul haqqında məlumatlandırmanı təmin etmək;
- Mağazanın, anbarın təmizliyi, vitrin səliqəsi və məhsul yoxlanışına nəzarət;
- Avadanlıqların (soyuducu, tərəzi və s.) işlək vəziyyətdə saxlanmasını təmin etmək;
- Qaytarılacaq malların vaxtında firmalara təhvil verilməsinə nəzarət;
- Mağaza inventarizasiyalarında iştirak və inventar məsuliyyəti;
- Sənədlərin düzgün toplanması, qorunması və mərkəzə vaxtında çatdırılması.
İş şərtləri:
- İş rejimi: 6 günlük iş həftəsi;
- İş vaxtı: 08.00-dan 17.00-kimi;
- Nahar: Şirkət tərəfindən təmin edilir.
Əmək haqqı:
- Başlanğıc aylıq əmək haqqı 1700-2200 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq);
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.
Müraciət üçün:
- Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Mağaza Müdiri” qeyd etməklə qeyd olunan epoçt ünvanına əlavə edib göndərmələri xahiş olunur.
DİQQƏT:
- Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq;
- Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq;
- Zəng üzərindən müraciətlər qəbul olunmur.
Tələblər
- Təhsil: Ali;
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Yaş həddi: 28–50 yaş;
- Komanda ilə işləmə və heyəti idarəetmə bacarığı;
- Yüksək işgüzar davranış və etik qaydalara əməl etmək.