Bakı,
Azərbaycan
30/04/2026
-
14/05/2026
İş haqqında məlumat
- Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu, onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- 1C 8.3 proqramında malların və materialların hərəkəti üzrə sənədləri formalaşdırmaq;
- Mal-materialların qəbulu və silinməsinin tam uçotunu aparmaq;
- Hesab və elektron qaimə-fakturalarının düzgünlüyünü yoxlamaq;
- Debitor və kreditorlarla üzləşmələr aparmaq;
- Əsas vəsaitlərin və mal-materialların inventarizasiyasında iştirak etmək, faktiki və uçot göstəricilərin arasındakı fərqləri hesablamaq;
- Maliyyə və kassa intizamına riayət etmək, inzibati və təsərrüfat xərclərinə nəzarət etmək;
- Mal-material alışı ilə bağlı hesabatları düzgün və vaxtında hazırlamaq;
- Mal-materialların uçotunu aparmaq və faktiki maya dəyərini hesablamaq;
- Anbara daxil olan malların qəbulu və qeydiyyatını təmin etmək;
- Anbardan çıxan mallara nəzarət etmək və sənədləşdirmək;
- Anbar sayımı və stok nəzarətini həyata keçirmək.
Əlavə məlumat:
- Nəqliyyat və yemək şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.
Tələblər
- Ali təhsil (iqtisadiyyat və ya maliyyə üzrə);
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Məhsulların kalkulyasiyası barədə məlumatı olmalı;
- MS Office (xüsusilə Excel – yüksək səviyyədə);
- Anbar əməliyyatları və koordinasiyası üzrə biliklər;
- Riyazi hesablama və analitik təhlil qabiliyyəti;
- Market (pərakəndə satış) sahəsində iş təcrübəsi üstünlükdür;
- Rus dili biliyi üstünlükdür.
Texniki biliklər:
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.