Fateh İnşaat MMC

Mal uçotu üzrə kiçik əməliyyatçı mühasib

Fateh İnşaat MMC
Ə/h razılaşma ilə
230
Tam iş günü
Bakı, Azərbaycan
13/10/2026 - 27/10/2026

İş haqqında məlumat

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Binəqədi ərazisi
  • Vakansiya növü: Tam ştat
  • İş rejimi: Həftədə 6 iş günü, 1 istirahət günü

Vəzifə öhdəlikləri

  • Mağazaya daxil olan malların sayının və müşayiətedici sənədlərinin yoxlanılması, giriş əməliyyatlarının uçot sistemində işlənməsi;
  • Satışa verilən və mağazadan çıxan malların siyahılarının hazırlanması, satış və çıxış əməliyyatlarının uçot sistemində rəsmiləşdirilməsi;
  • Təhvil veriləcək malların siyahı ilə tutuşdurulması, təkrar yoxlanılması və təhvil-təslim aktı əsasında təhvil verilməsi;
  • Mövcud və yeni daxil olan malların satış qiymətlərinin təsdiqlənmiş qaydalara əsasən hesablanması, qiymət məlumatlarının və etiketlərinin hazırlanması;
  • Malların qiyməti və uçot məlumatları ilə bağlı satıcılara dəstək göstərilməsi;
  • Mal qalıqlarının yoxlanılmasında və inventarizasiyada iştirak, aşkar olunan uyğunsuzluqların rəhbərliyə bildirilməsi.

Tələblər

  • Mal uçotu və ya əməliyyatçı mühasib işi üzrə təcrübə;
  • Malların giriş və çıxış sənədləri, satış siyahıları və təhvil-təslim aktları ilə işləmək bacarığı;
  • 1C proqramında mal uçotu, giriş, çıxış və satış əməliyyatlarını aparmaq, Excel ilə işləmək bacarığı;
  • Satış qiymətlərini hesablamaq və qiymət məlumatlarını dəqiq işləmək bacarığı.

Şəxsi keyfiyyətlər

  • Diqqətli, məsuliyyətli və nizam-intizamlı olmaq;
  • Sənədləri və rəqəmləri dəqiq yoxlamaq, tapşırıqları vaxtında yerinə yetirmək;
  • Satıcılar və digər əməkdaşlarla aydın ünsiyyət qurmaq və komanda ilə işləmək.

Oxşar vakansiyalar