Sumqayıt,
Azərbaycan
13/10/2026
-
27/10/2026
İş haqqında məlumat
- Satınalmalarla bağlı elektron qaimə-fakturaların və YGB bəyannamalərinin yoxlanılması və ERP-yə daxil edilməsi;
- Təchizatçılara ödənişlərin təmin edilməsi, icrasına nəzarət edilməsi və müvafiq ƏDV ödənişlərinin həyata keçirilməsi;
- Xərclərin və kreditor borcların uçotunun və sənədləşdirilməsinin həyata keçirilməsi, müxabirləşmələrinin ERP-də verilməsi və yoxlanılması;
- Xərclərin xərc mərkəzləri üzrə doğru qeydiyyatının təmin edilməsi;
- Kreditorlarla üzləşmələrin həyata keçirilməsi və üzləşmə aktlarının hazırlanması;
- ÖMV hesabatının və Vahid Bəyannamənin hazırlanması və təqdim edilməsi;
- Dövlət Statistika Komitəsinə aylıq, rüblük və illik statistik hesabatların hazırlanması və təqdim edilməsi;
- Vergi uçotunun həyata keçirilməsi və Vergi sistemi ilə işləmə bacarığının olması;
- Əmək haqqı hesablanması və HRM proqramı ilə işləmə bacarığının olması.
Tələblər
- İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi;
- Müvafiq qanunvericilik, akt və normalarını bilmək;
- Ofis proqramlarında (Word, excel, power point və s) işləmək bacarığı və LOGO bilikləri;
- Rəhbəri tərəfindən öz sahəsinə aid verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmək.
Əmək şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- İş rejimi: 6 günlük (şənbə günü növbəli formada)
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.