Bakı,
Azərbaycan
22.10.2025 11:23
-
22.11.2025 12:00
İş haqqında məlumat
- Günlük bank əməliyyatlarının icrasını və ödəniş tapşırıqlarının hazırlanmasını təmin etmək;
- 1C mühasibat proqramında ilkin sənədlərin və əməliyyatların qeydiyyatını aparmaq;
- Qaimə-fakturaların və e-qaimələrin tərtibi, göndərilməsi və uçotunun aparılması;
- Mühasibat uçotu üzrə gəlir və xərclərin təsnifatı, hesablar planı və müxabirləşmələrin düzgünlüyünü təmin etmək;
- Bank hesabları, ödəniş cədvəlləri, müqavilələr və təchizatçılarla hesablaşmaların uçotunu aparmaq;
- Aylıq və rüblük maliyyə hesabatlarının hazırlanması, o cümlədən:
- Profit and Loss (P&L) – gəlir və xərclərin təhlili və nəticənin hesablanması;
- Balance Sheet – aktivlər, öhdəliklər və kapitalın balanslaşdırılmış uçotu;
- Cash Flow Statement – pul vəsaitlərinin hərəkətinin (operativ, investisiya və maliyyə fəaliyyətləri üzrə) tərtibi;
- Excel-də analitik cədvəllərin, dinamik hesabatların və maliyyə göstəricilərinin hazırlanması (formullar, pivot table, maliyyə analizləri)
İş haqqında məlumat:
- İş qrafiki: 09:00-18:00
- Əmək haqqı müsahibə əsasında təyin ediləcək
- İş ünvanı: Toyota Abşeron Mərkəzi (Masazır dairəsinin yanı)
Tələblərə cavab verən namizədlər öz CV formalarını başlıq hissəsində “Maliyyə və mühasibatlıq üzrə aparıcı mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər..
Tələblər
- Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil;
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi (mütləqdir)
- İngilis və Rus dillərini orta səviyyədə bilməli
- 1C mühasibat proqramı və MS Excel proqramlarında yüksək səviyyəli biliklər;
- Bank əməliyyatları, ödəniş tapşırıqları və e-qaimə sistemi üzrə praktiki təcrübə;
- Maliyyə hesabatlarının (P&L, Balance, Cash Flow) hazırlanması üzrə təcrübə;
- Vergi Məcəlləsi, ƏDV və mənfəət vergisi hesabatları üzrə biliklər;
- Analitik düşüncə tərzi, məsuliyyətlilik və diqqətlilik;
- Komanda ilə işləmək və vaxtı effektiv idarəetmə bacarığı.