ARG Group MMC

Marketinq Direktoru

ARG Group MMC
Ə/h razılaşma ilə
1625
Tam iş günü
Bakı, Azərbaycan
16/02/2026 - 02/03/2026

İş haqqında məlumat

  • Şirkətin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Qısa və uzunmüddətli marketinq fəaliyyət planlarının işlənməsi və tətbiqi;
  • Bazar meyllərinin və istehlakçı davranışlarının araşdırılması, məhsul və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Aylıq, rüblük marketinq planın tərtib olunması və icrası
  • Tabeliyində olan komandanın idarə olunması
  • Brend mövqeyinin gücləndirilməsi və brend strategiyasının həyata keçirilməsi;
  • Rəqəmsal marketinq kanallarının (Facebook, Instagram, TikTok) idərsi;
  • Web analitikası alətləri (Google Analytics, Hotjar, Yandex.Metrika və s.) vasitəsilə vebsaytdakı nəticələrin təhlili;
  • Digər şöbələrlə birgə marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsi;
  • Müştəri seqmentlərinin müəyyən edilməsi və ona uyğun targetinq ilə reklamların yerləşdirilməsi;
  • PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;

İş şəraiti:

  • İş saatı: 1-5 günlər 9:00- 18:00
  • Əmək haqqı: Fix və Bonusdan ibarətdir. Bu barədə məlumat müsahibə zamanı açıqlanır.
  • Ünvan: Bakıxanov qəs. Bəşir Bünyadov 3K

Tələblər

  • Ali Təhsil (marketinq və ya əlaqəli sahədə)
  • Rəqəmsal marketinq kanalları ilə işləmə bacarığı (SEO, SEM və s.);
  • Google Ads, Meta Ads, Tiktok Ads, LinkedIn Ads və analitika alətləri ilə işləmək bacarığı;
  • SEO/SEM, sosial media, reklam və kontent marketinqi sahələrində dərin biliklər;
  • Brend idarəçiliyi və bazar mövqeyinin qurulması üzrə biliklər;
  • Yaradıcılıq, təşəbbüskarlıq və qərarvermə bacarığı;
  • Stratejik düşünmə və analitika bacarığı;
  • Komandada iş və qarşılıqlı əməkdaşlıq bacarığı;
  • Effektiv kommunikasiya bacarığı;
  • Problemləri operativ və nəticəyönümlü şəkildə həll etmək bacarığı;
  • Hesabatlılıq və təqdimat hazırlamaq bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi nitq (ingilis dilini bilməsi üstünlükdür).

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar